atatv.az
atatv.az

Görkəmli müğənni Rəşid Behbudovun xatirə gecəsi keçirilib

25-01-2020, 16:48

Görkəmli müğənni Rəşid Behbudovun xatirə gecəsi keçirilib

Görkəmli müğənni, Xalq artisti Rəşid Behbudovun xatirəsinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, sənətkarın adını daşıyan Azərbaycan Dövlət Mahnı Teatrında təşkil olunan tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, eləcə də biznes nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Rəşid Behbudov Fondunun direktoru Kamil Şahverdiyev və digərləri görkəmli müğənninin yaradıcılığı haqqında danışıblar. Bildirilib ki, milli musiqi xəzinəmizin, eləcə də Azərbaycan bəstəkarlarının əsərlərinin ölkə hüdudlarından kənarda populyarlıq qazanması məhz Rəşid Behbudovun bənzərsiz ifası, möcüzəli səs çalarları ilə mümkün olub. Yaradıcılığı sərhəd tanımayan Rəşid Behbudovun ifa etdiyi hər mahnı, yaratdığı hər obraz sənət hadisəsinə çevrilib, sənətkar dəfələrlə dövrünün ən yüksək mükafatlarına layiq görülüb.

Tədbirdə Xalq artisti Gülyanaq Məmmədova, Əməkdar artistlər Aygün Zeynalova, Fəxri Kazım-Nicat, Aynur İsgəndərova və digər sənət adamları Rəşid Behbudovun repertuarından mahnılar ifa ediblər.

Tədbir Bank VTB Azərbaycanın dəstəyi ilə keçirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829