atatv.az
atatv.az

DEPUTATLIĞA NAMİZƏD HAMINI HAQQA SƏS VERMƏYƏ ÇAĞIRDI

25-01-2020, 22:27

DEPUTATLIĞA NAMİZƏD HAMINI HAQQA SƏS VERMƏYƏ ÇAĞIRDI



Milli Məclisə növbədənkənar seçkilərdə Apşeron -- Qobustan Seçki Dairəsindən deputatlığa namizəd Əflan Həsən oğlu İbrahimov AtaTv.az xəbər portalının əməkdaşlarının suallarını cavablandırarkən, seçki prosesi zamanı öz seçicilərinin də maraqlarına səbəb olan bir sıra məqamlara aydınlıq gətirib. Müsahibimizin həmin açıqlamasını təqdim edirik:

-- Əflan müəllim, artıq, xeyli vaxtdır ki, seçki marafonuna start verilib. Millət vəkilliyinə namizəd olaraq, hansı önəmli işləri həyata keçirmisiniz?
-- İndiyədək, bütün məntəqələr üzrə müşahidəçilər seçmiş, onları təyinatları üzrə bilgiləndirmişik. Əsas təbliğat-təşviqat vasitəsi olan plakatların asılması prosesini başa çatdırmışıq. Görüşlərimizi davam etdiririk. Bütün kənd və qəsəbələrdə fəallarımız əhali arasında nüfüzumuzu yaymaqla məşğuldurlar. Ağsaqqal-ağbirçəklər, nüfuz sahibi olan ziyalılar, şəxsən məni tanıyıb, hörmətimi saxlayan digər yaxınlar bu vacib işimizin ardındadırlar. Ümumiyyətlə, Seçki Məcəlləsinin tələbələrinə uyğun bütün tədbirlərdən faydalanmağa çalışırıq.
-- Sizinlə bir dairədən olan rəqiblərinizə münasibətinizi bilmək də, bizim üçün maraqlı olardı. Onlara hansısa sözünüz varmı?
-- Bütün namizədlərə uğurlar arzulayıram. Bu, bir seçkidir. Təbii ki, reytinqi yüksək olan bu azad rəqabətin qalibi olmalıdır. Kimə seçicilərimiz daha çox etibar edib, səs verəcəksə, o da, onların sözlərini deyəcək vəkili olaraq, problem və istəklərini bu ali qanunvericilik orqanının tribunasından səsləndirəcək. Mənim şansım da çox böyükdür. Rayon rəhbəri işlədiyim vaxtlar həmin sakinlər mənim nə qədər saf işlədiyimin şahidi olublar. Ümidvaram ki, onlar mənə səs verməklə, öz haqlarına vaxtında, heç bir şəxsə xahiş etmədən nail olacaqlar.
Hamının haqqa səs verməsini istəyirəm. Haqqın tərəfdarı olan hər kəsə, o cümlədən sizə və həmkarlarınıza da, öz minnətdarlığımı çatdırıram. Bütün dövrlərdə mənim mətbuata böyük hörmətim olub. Tam əminəm ki, mətbuat da, bu seçkidə haqqın dəstəkçisi olacaqlar.



Yaşar KƏRİMOV,
AtaTv.az xəbər portalın baş drektoru.


DEPUTATLIĞA NAMİZƏD HAMINI HAQQA SƏS VERMƏYƏ ÇAĞIRDI






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829