atatv.az
atatv.az

Cinsəl oriyentasiyasına görə qanunu dəyişdirən Baş nazir

26-01-2020, 20:36

Cinsəl oriyentasiyasına görə qanunu dəyişdirən Baş nazir
Bu gün Avropada, hər bir insanın hüquq və azadlıqlarının tam şəkildə bərabər, ayrılmaz, toxunulmaz olduğuna dair təminat verilməsindən dəm vurulsa da, praktikada bu ümumbəşəri dəyərlər daha çox “azlıq”ların mənafelərinə xidmət etdiyini açıq-aşkar görürük. Bu azlıqlar nə etnik, nə irqi, nə mədəni, nə sosial, nə siyasi, nə dini, nə yaşlı, nə də məhdud bacarığa malik insanların yox, iyrənc cinsi azlıqların, daha doğrusu homoseksuallardır. Homoseksualizmin çiçəklənməsi nəticəsində ənənəvi ailə institutlarının dağıdılması, demoqrafiq disbalansın pozularaq pik həddə çatması, spid, sifilis, viç və digər murdar xəstəliklərin inkişafı nəzərə çarpır. Bu cür inkişaf Avropada indidən işçi çatışmamazlığına da öz təsirini göstərir. Bəli, bu gün Avropada insan hüquqlarının aliliyindən söhbət açıldıqda ilk olaraq, LGBT nümayəndələri üçün yaradılan hərtərəfli şəraitrlər gözə soxulur. Avropa və Qərb “demokratiyası” özünün multikultural, liberal dəyərlərinin əsas prinsipi məhz bununla təbliğinə geniş yer verir!
Homoseksualizm necə yaranması, inkişafı, xalqlar içərisində yayılaraq taun virusuna çevrilməsi haqqında gələcəkdə geniş araşdırma yazı, bəlkə də kitab yazacam. Qısaca olaraq homoseksualizm haqqında yanlış tərif və təbliğat barədə məlumat verim.
Bizlər eynicinslər arasında yaxınlıq, evlilik edənlərə ümumilikdə homoseksual deyirik. “Qadınlar” arasında belə münasibə qədimdən sapfizm, tribadizm lezbiyanlıq (hal-hazırda sonuncu ifadə istifadə olunur), “kişilər” arasında münasibətə isə geylik adlandırırıq. Qadın cinsinə mənsub olanların arasındakı münasibətin ifadəsi doğru adlandırılsa da, digər cinslər arasındakı adlandırma yanlışdı.
Beləki, ingilis sözü olan “gay” tərcümədə şad, şən, əyləncəli, parlaq, qayğısız deməkdi. Bu söz yalnız ötən əsrin 60-70-ci illərində homoseksual oriyentasiyalı “kişilər” arasında münasibəti ifadə kimi təbliğ olunmağa başladı. Elə bunun özü də bir siyasətdir ki, bu cür oriyentasiyalı “insan”ları şən, əyləncəli və s. kimi təqdim edirlər. Qərbə xidmət edən bütün mətbuat, sosial şəbəkələr və onları müdafiə edən ikiayaqlılar bu cür murdarları sülh sevər, insanpərvər kimi təbliğ edirlər. Yeni adlandırma yalnız ifadə baxımdan yox, həm də əməli cəhətdən yanlışdı, çünki bu oriyentasiyalı hökmdarlar, siyasi xadimlər simasında insanlığa qənim kəsilən filipləri, isgəndərləri, neronları, çiçerinləri, yejovları, quverləri və digərlərini misal çəkə bilərik.
Qədim mənbələrdən (yunan, roma) bu günə kimi “kişilər” arasında bu cür halları “pederastiya”, o cür oriyentasiyalı şəxsləri isə “pederast” adlandırılır. Pederastiya sözü qədim yunancadan tərcümədə əsasən oğlan (xüsusəndə yetkinlik yaşına çatmayan) sevmək və “kişi”lər arasında sexsual münasibəti və “sevgi”ni də ifadə edirdi. Pederast sözü insanlar arasında kəskin etiraz bildirdiyindən, “gey” sözü ilə əvəz edildi. Ona görə də söhbətimiz zaman biz bu murdarları öz orijinal adları olan pederast adı ilə yada salacağıq.
Başlayaq vaxtı ilə İslandiyanın Baş naziri olmuş Yohanna Siqudardottirdən.
Adı çəkilən bu “qadın” 1942-ci ildə İslandiyanın Reykyavik şəhərində dünyaya gəlib. 1960-cı ildə Kommersiya kollecini bitirib. Uzun müddət İslandiyanın müxtəlif avioşirkətlərində stüardessa, daha sonra ofis işçisi kimi çalışıb, həmkarlar ittifaqı hərəkatlarında aktiv iştirak edib. 70-ci illərin əvvəlində bankir Torvaldur Yohanneslə ailə həyatı qurub, bu evlilikdən 1972 və 1978-ci il təvəllüdlü oğulları dünyaya gəlib. 1981-ci ildə daha bir oğlan uşağı övladlığa götürsə də tezliklə ərindən boşanır.
Y.Siqurdardottir özünü siyasətdə görərək, Sosial-Demokrat Partiyasına (SDP) üzv olur, 1978-ci ildə həmin partiyadan Altinqə (İslandiya parlamenti belə adlanır) deputat seçilir. Elə həmin İslandiyada homoseksualların ilk təşkilatları yaranmağa başlayır. 1979-cu və 1983-1984-cü illərdə parlament sədrinin müavini, 1984-1993-cü illərdə Sosial-demokrat partiyasının sədri, 1987-1994-cü illərdə müxtəlif hökumətlər tərkibində “Sosial təminat” naziri postunda olur. 1994-cü ildə SDP-dan çıxaraq, “Oyanış” hərəkatı yaradır, onun rəhbərinə çevrilir. Bu hərəkat əsasən LGBT, “Childfree” və digər bu kimi “insanların” hüquqlarını qorumaqla “oyanış” edirdi. Tezliklə o, sosial-demokratları, yaşılları, kommunistləri, qatı solçular olan trotskist və maoistçiləri də ətrafına çəkərək onları sosial-demokrat alyansında birləşdirir. Bu alyans 2003-cü ildə Altinqə deputat seçkilərində qalib gəlir. Tezliklə Y.Siqurdardottir yenidən parlamentdə II şəxsə çevrilir. 2009-cu ilin 1 fevralında o, müvəqqəti hökumətə rəhbərlik etməyə başlayır. Həmin ilin 25 aprelində keçirilən seçkilər nəticəsində Y.Siqurdardottirin rəhbərlik etdiyi koalisiya səs çoxluğuyla qalib gəlir və yeni hökumət təşkil olunur. Beləliklə, 2009-cu ildən 2013-cü ilə qədər o, İslandiyanın Baş naziri olur. 66 yaşlı hökumət başçısının ilk işi özü üçün homoseksual nikahların dövlət səviyyəsində leqallaşdırılması istiqamətində atdığı addımlar olur. Bu məsələ parlametdə müzakirəyə çıxarılır. 12 iyun 2010-cu ildə İslandiyada homoseksualların dövlət səviyəsində nikaha girməsi leqallaşdırılır, həmçinin onlara uşaq saxlamaq hüququ da verilir.
27 iyun 2010-cu ildə Baş nazir 2002-ci ildən vətəndaş nikahında yaşadığı yazıçı, dramaturq, jurnalist “sevgilisi” Yonino Leosdottir (o, da portnyoru kimi əvvəllər heteroseksual nikahda olub. Bu nikahdan bir oğlu var) ilə izdivaclarını rəsmləşdirirlər. Bununlada İslandiyanın ilk rəsmi homoseksual evlilik Baş nazir və onun “sevgilisi” arasında olur. Eyni zamanda Y.Siqurdardottir hökumət rəhbəri olan ilk homoseksual-lezbian (bəzən onu biseksual kimi də təqdim edirlər) şəxs kimi dünya tarixə düşür.
Müasir tarixdə “dəmir ledi” kimi tanınan Marqaret Tetçer, “minilliyin qadını” hesab olunan İndira Qandi var idisə, onların sırasına yeni bir “sima” və “yeni” ləqəbli “lezbiyan ledi” Yohanna Siqurdardottir də daxil oldu.
Görünür adı çəkilən Baş nazir tələbəlik və stüardessa kimi çalışdığı illərdə hədsiz dərəcə kişilərlə yaxınlıq edərək həm seksual tələbatını tam şəkildə doyuzdurub, həm də ləzzət almaq kimi instinklərdən məhrum olub ki, öz həmçinslərinə maraq-tamah salmağa başlayıb. Bu məqamda müdriklərimiz demişkən, “hər şey qədərində yaxşıdı”...
Ardı var
Abdulla İsmayıloğlu
AtaTv.az


Cinsəl oriyentasiyasına görə qanunu dəyişdirən Baş nazir






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829