atatv.az
atatv.az

Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib - ƏMR

19-05-2018, 10:12

 Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib - ƏMR
Azərbaycanın iki rayonuna yeni polis rəisi təyin edilib.

APA-nın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Abşeron rayon Polis Şöbəsinin rəis müavini, polis polkovniki Azər Cahangirov tutduğu vəzifədən azad edilərək Astara rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Nazirin digər əmri ilə Xızı rayon Polis Şöbəsinin cinayət axtarış bölməsinin rəisi Həmid Həsənov isə Xızı Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Xatırladaq ki, Astaranın polis rəisi olmuş Adil Həsənov və Xızı rayon Polis Şöbəsinin rəisi olmuş Elmar Usubov bir neçə gün əvvəl xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Qeyd edək ki, Astaranın yeni rəisi A. Cahangirov tanınmış polis zabitidir. O, uzun illər daxili işlər orqanlarında çalışıb. A. Cahangirov Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin rəisi vəzifəsində çalışarkən həmin vaxt Bakının Nardaran və digər kəndlərində bir sıra mütəşəkkil cinayətkar dəstə üzvlərinin zərərsizləşdirilməsində yaxından iştirak edib. Onun rəhbərliyi ilə keçirilən əməliyyatlarda xüsusilə ağır cinayətlər törətmiş şəxslər tutularaq məsuliyyətə cəlb ediliblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031