atatv.az
atatv.az

Edam cəzasının alternativi tapıldı - Qorxunc film reallaşa bilər

27-01-2020, 17:28

Edam cəzasının alternativi tapıldı - Qorxunc film reallaşa bilər

Günümüzdə edam cəzasının mübahisə mövzusu olduğu vaxtda elm adamları alternativ cəza üsullarının tətbiqi barədə danışıb.

"Yeni Sabah” xəbər verir ki, bu cəza üsullarından biri kimi "Qara Ayna" ("Black Mirror") serialından nümunə göstərilib.

Serialın bir səhnəsində cinayətkarlara zehni olaraq gerçəkdə yaşadıqlarından daha uzun müddət yaşama hissi verən texnologiya ilə cəza tətbiq olunub.

Nəticədə məhkumlar bir saatı bir ay kimi yaşayıb. Bu metod əsasən dəhşətli cinayət törədənlərə qarşı işə salınıb.

Məşhur filosof Rebeka Rouç dərmanların insan beynini aldadacağını və zamanın daha sürətli keçdiyini hiss etdirə biləcəyini deyib.

R.Rouç açıqlamasında bildirib ki, "günahkarlara 1000 il həbs cəzası çəkirmiş kimi hiss etdirən bir dərman, ya da mayenin olduğunu xəyal edə bilərsiniz. Sürətlənmə faktoru bir milyon olsa, səkkiz saat içində min illik düşüncə reallaşa bilər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829