atatv.az
atatv.az

Tofiq Musayev Həbib Nurməhəmmədovla bir siyahıda yer aldı

28-01-2020, 10:40

Tofiq Musayev Həbib Nurməhəmmədovla bir siyahıda yer aldı

“TurStat” idman və turizm portalı MDB məkanının son il ərzində 10 ən yaxşı MMA döyüşçüsünün reytinqini təqdim edib.

Oxu.Az xəbər verir ki, reytinqdə MMA döyüşçülərinin çəki dərəcələri nəzərə alınmayıb.

2019-cu ildə MDB ölkələrində qarışıq döyüş sənəti üzrə 10 ən güclü idmançı sırasına Həbib Nurməhəmmədov, Fyodor Yemelyanenko, Pyotr Yan, Albert Tumenov, Zabit Maqomedşaripov və Maqomed İsmayılov (Rusiya), Mahmud Muradov (Özbəkistan), Andrey Arlovski (Belarus), Jalqas Jumaqulov (Qazaxıstan), Tofiq Musayev (Azərbaycan) və Loyk Rəcəbov (Tacikistan) daxil olublar.

Tofiq Musayev 2019-cu il dekabrın 31-də RIZIN Qran-Prisinin qalibi olub.

Qeyd edək ki, reytinq ötən il MDB məkanında ən yaxşı MMA döyüşçüsü mövzusunda qarışıq döyüş sənətisevərlərin internet sorğusunun yekunlarına əsasən tərtib olunub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930