atatv.az
atatv.az

YADDAŞLARDA QALACAQ MÖHTƏŞƏM KONSERT PROQRAMI

28-01-2020, 12:15

YADDAŞLARDA QALACAQ MÖHTƏŞƏM KONSERT PROQRAMI "AtaTv.az" xəbər portalı xəbər verir ki, yanvarın 24-də Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasının opera zalında möhtəşəm bir konsert proqramı baş tutub. Konsertin əsas qayəsində klassik Azərbaycan musiqi aləti olan balabanın cazla sintezinin nümayişi durub. Elə, balaban və onun təkrarsız ifaçısı Nicat Məsimov da, ifaçı caz qrupunda aparıcı qüvvə olaraq səhnədə olub. Bütün kompozisiyalar qrup üzvləri tərəfindən bəstələnən yaradıcılıq nümunələri olduğu üçün, tamaşaçıların rəğbətini elə ilk notlardan qazana bilib. Ən maraqlısı odur ki, sırf təbii hissləri özündə ehtiva edən bu kompozisiyalar, həm də təbiətlə harmoniya şəklində səsləndirilib.
Onu da qeyd edək ki, digər ifaçıların -- Afşin Əlizadənin, Hicat Paşazadənin, Aydın Beydullayevin... hər biri də, ayrı-ayrılıqda özlərini xüsusi istedadlı gənclər kimi təqdim edə biliblər.
Konsertdə iştirak edən Hüseynqulu Sarabski adına Musiqi Məktəbinin müdavimləri, həmin təhsil ocağının direktoru Mehriban xanımla birgə, zaldakı abı-havanı büsbütün dəyişə biliblər.
Həm ifa zamanı sükut, həm də alqışlar qeyri-adi və unudulmaz olub. Elə, konsert proqramına rəngarənglik qatan da, bu müxtəliflik olub.
Konsertin sonunda Nicatın balabanda Azərbaycan Respublikasının Dövlət Himnini ifa etməsi və tamaşaçıların ayaq üstə bu musiqini sükutla dinləməsi, bir vətənpərvərlik aksiyası kimi yaddaşlara köçüb

Yaşar ŞİRVANİ,
AtaTv.az xəbər portalın baş drektoru.



YADDAŞLARDA QALACAQ MÖHTƏŞƏM KONSERT PROQRAMI






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930