atatv.az
atatv.az

Azərbaycan, İran və Gürcüstan yüklərin tranziti üçün elektron dəhliz yaradıb

28-01-2020, 16:00

Azərbaycan, İran və Gürcüstan yüklərin tranziti üçün elektron dəhliz yaradıb
Azərbaycan, İran və Gürcüstan arasında yüklərin tranziti üçün elektron dəhliz yaradılıb.
Bunu İranın Gömrük İdarəsinin baş direktoru Mehdi Mirəşrəfi deyib.

Onun sözlərinə görə, bu dəhlizin birinci fazasında İran, Azərbaycan və Gürcüstan iştirak edir, növbəti fazasında isə Hindistan və Rusiya da qoşulacaq.

M. Mirəşrəfi deyib ki, bu layihənin icrasında məqsəd Şimal-Cənub dəhlizi yolunda olan ölkələrin tranziti üçün hazırkı potensiallardan istifadə etməkdir: "Vahid pəncərə sistemi ilə gömrük məlumatlarının onlayn mübadiləsi (müştərək sərhəd darvazası – red.) hazırda İran və Türkiyə arasında istifadəyə verilib və növbəti mərhələdə bu cür vahid pəncərə sistemi digər qonşu ölkələrlə də həyata keçiriləcək".

M. Miəşrəfi onu da bildirib ki, Çin, İraq, Türkiyə, BƏƏ və Əfqanıstan İranın önəmli ixrac tərəfdaşlarıdır. İran idxal sahəsində isə Çin, BƏƏ, Türkiyə, Hindistan və Almaniya ilə daha çox əməkdaşlıq edir.(apa)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930