İrəvanda atışma olub

gundem / xarici siyaset
29 yan 2020
13:09
İrəvanda atışma olub

İrəvanda yanvarın 28-də axşam saatlarında atışma olub.

Məlumata görə, insident Ermənistan paytaxtının Vantsyan küçəsində baş verib.

Hadisə yerində tapança və avtomat silahların patronları və gilizləri aşkarlanıb.

Bundan başqa, atışma yerində “Opel” markalı avtomobil və üzərində güllə yerləri olan “QAZel” maşını da olub.

Atışma nəticəsində zərərçəkənlərin olub-olmadığı araşdırılır.//Apa.az