atatv.az
atatv.az

Bakıda kişi küçədə söyüş söyən şəxslərlə mübahisə zamanı bıçaqlanıb

30-01-2020, 09:08

Bakıda kişi küçədə söyüş söyən şəxslərlə mübahisə zamanı bıçaqlanıb


Bakının Suraxanı rayonunda orta yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.

Atatv.az xəbər verir ki, hadisə Bülbülə qəsəbəsində baş verib.

Bəydəmirov küçəsində iki nəfər mübahisə edib. Hadisə şahidlərinin verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Nəcəfov Vüqar Rafiq oğlu küçədə yüksək səslə qeyri-etik sözləri eşidib. Buna etiraz olaraq həmin şəxslərə iradını bildirib. Lakin naməlum şəxslərdən biri V.Nəcəfovun kürəyinə bıçaqla zərbə vurub. O, huşunu itirib. Yaralı qonşularının köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. (APA)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930