atatv.az
atatv.az

Azərbaycandan Gürcüstana gedən çinli uşaqlarda virus aşkarlandı

31-01-2020, 12:14

Azərbaycandan Gürcüstana gedən çinli uşaqlarda virus aşkarlandı

Tbilisi İnfeksiya Xəstəxanasında dörd nəfər qrip virusundan müalicə olunur.

Report xəbər verir ki, bu barədə klinikadan məlumat verilib.

Onlardan ikisi çinli azyaşlı uşaqdır. Hər iki uşaq Gürcüstana Azərbaycandan gedən çinli turistlərin qrupunda olub. Azyaşlılarda "A” tipli qrip virusu təsdiqlənib.

Digər iki nəfər isə Gürcüstan vətəndaşıdır. Onların vəziyyəti sabit qiymətləndirilir. Hər iki şəxslə bağlı laborator araşdırmaların yekun nəticələri gözlənilir. Onlardan biri iki həftə öncə Çində, digəri isə Tailandda olub.

Xəstəxanadan qeyd olunub ki, təşvişə heç bir əsas yoxdur və pasiyentlər ciddi nəzarət altındadırlar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930