atatv.az
atatv.az

Yol polisinə tabe olmayan şəxs həbs olundu: 30 gün - FOTO

31-01-2020, 16:00

Yol polisinə tabe olmayan şəxs həbs olundu: 30 gün - FOTO


Yol polisləri həmin şəxsi saxlayaraq aidiyyəti üzrə 16-ci polis bölməsinə təhvil verib

Yanvar ayının 27-i saat 13:00 radələrində Nərimanov rayon Ziya Bünyadov prospektində yerləşən “Bazar Store” alış-veriş mərkəzinin yanında bir şəxs uca səslə vətəndaşları təhqir edərək narahatlıq yaradıb. Bu barədə Avtosfer.az-a oxuculardan biri məlumat verib. Bildirilib ki, ətrafda olan insanlar ərazidə 99-YP-352 dövlət nömrə nişanlı, yol polisinə məxsus avtomobildə xidmət aparar inspektorlara yaxınlaşaraq şikayət ediblər.

Məsələ ilə bağlı Avtosfer.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, həmin şəxs saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. "Vətəndaşlar ərzidə xidmət aparan polis baş serjantı Murad Salahzadə və serjant Məhəmməd Nəzirova məlumat veriblər. Yol polisi əməkdaşları dərhal vətəndaşların verdiyi məlumat əsasında həmin şəxsə yaxınlaşıb. Onu qanunun tələblərinə tabe olmağa dəvət ediblər. Eyni zamanda vətəndaşları narahat etdiyini və bu əməlin qanunazidd olduğunu bildiriblər. Lakin həmin şəxs yol polislərinin qanuni tələblərinə tabe olmayıb. Yol polisləri həmin şəxsi saxlayaraq aidiyyəti üzrə 16-ci polis bölməsinə təhvil verib."

Araşdırma zamanı məlum olub ki, qanunu pozan şəxs 1994-cu il təvəllüdlü, Masallı rayon sakini İbrahibov Hacıbala Ehtiram oğludur. "Onun barəsində toplanmış sənədlər aidiyyəi üzrə rayon məhkəməsinə göndərilib. Rayon məhkəməsi 1994-cu il təvəllüdlü, Masallı rayon sakini İbrahibov Hacıbala Ehtiram oğlu barəsində İnzibatı xətalar məcəlləsinin 510 və 535-ci maddəsini pozduğu üçün 30 gün həbs qərarı çıxarıb."

Şöbə rəisi bir daha vətəndaşların nəzərinə çatdırıb ki, qanunazidd əməllərə yol verməsinlər və eyni zamanda polisin qanuni tələblərinə tabesizlik göstərməsinlər.

Yol polisinə tabe olmayan şəxs həbs olundu: 30 gün - FOTOYol polisinə tabe olmayan şəxs həbs olundu: 30 gün - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930