atatv.az
atatv.az

Seçicilərin Əflan İbrahimovla bu dəfəki görüşü də maraqlı alınıb - VİDEO

31-01-2020, 20:58

Seçicilərin Əflan İbrahimovla bu dəfəki görüşü də maraqlı alınıb - VİDEO50 saylı Qobustan -- Abşeron Seçki Dairəsindən deputatlığa namizəd, bir vaxtlar rayona rəhbərlik etmiş Əflan İbrahimov seçicilərlə görüşlərini davam etdirir. Yanvarın 29-da Qobustan mədəniyyət evində seçicilərlə bu dəfəki görüşü də maraqlı alınıb.
Görüşdə rayonunun tanınmış ziyalıları, məktəb müəllimləri, əmək adamları ilə bərabər, yeniyetmə və gəncləri də iştirak ediblər.
Əflan İbrahimov seçicilər qarşısında çıxış edərkən, öncə, tərcümeyi-halı, rayonun ictimai həyatında bu günə qədərki fəaliyyəti, çalışdığı sahələrdə əldə etdiyi nailiyyətlər haqqında ətraflı məlumat verib, seçki Platformasındakı bütün detalları seçicilərlə bölüşüb. Natiq, əslində, bu Platformasını seçki sənədi kimi deyil, özünün gələcək fəaliyyət planı adlandırıb. Bildirib ki, seçilsə də, seçilməsə də, həmişə, Platformasında əks etdirilənlərin həllinə çalışacaq. Çünki bu sənəddə əksini tapanlar, daha çox, rayondakı problem və çatışmazlıqlardan əziyyət çəkən sakinlərin, burada məskunlaşan məcburi köçkünlərin sosial müdafiəsinin gücləndirilməsi, iqtisadi inkişaf proqramlarının təkmilləşdirilməsi istiqamətləri üzrədir. Məhz buna görə də, o, seçki şüarında, bütün bunları xüsusi qeyd etdiyini vurğulayıb. Onu da deyib ki, rəhbərlik və idarəçilikdə, iqtisadi sahələrdə qazandığı təcrübə və bilikləri ona imkan verəcək ki, parlamentdə daha məhsuldar və faydalı çalışa bilsin.

Onun vəkillərinin çıxışlarında da yekdil rəy belə olub ki, bir vaxtlar Qobustana rəhbərlik edən, rayonun bütün problemlərinə yaxından bələd olan Əflan İbrahimov, deputat seçiləcəyi təqdirdə, buradakı bütün çatışmazlıqların aradan qaldırılması üçün, Milli Məclis tribunasında daha faydalı təkliflər ortaya qoya biləcək. Üstəlik, yaşadığı bu rayonu yüksək səviyyədə təmsil edərkən, əlindən gələni əsirgəməyəcək. Çıxış edənlər onu da xüsusi vurğulayıblar ki, Əflan İbrahimov deputat seçiləcəyi təqdirdə belə hər zaman seçicilərinin yanında olacaq. Çünki, bu, onun xoşagələn rəhbər xarakterinə uyğun xüsusiyyətlərindən biridir və özü də, çıxışlarında dəfələrlə qeyd edib ki, millət vəkili paytaxtda oturmamalıdır, vaxtının çoxunu ictimaiyyət arasında, sakinləri yanında keçirməli, onların üzləşdiyi çətinlikləri, problem və çatışmazlıqlarını bilməli, dərd-sərlərini öyrənməlidir.
Çıxış edənlər sonda seçicilərə güvəndiklərini, onların hər birini 9 fevralda seçkilərə gəlməyə və bu dairədə ən layiqli hesab etdikləri namizəd olaraq, Əflan İbrahimova səs verməyə çağırıblar.
Görüş iştirakçısı olan seçicilər Əflan İbrahimovun və onun haqqında danışanların çıxışlarını, bu dəfə də, böyük çoşqu ilə qarşılayıblar.
Görüşün ikinci hissəsində seçicilər qarşılaşdıqları sosial problemlərin həlli ilə bağlı Əflan İbrahimova fərdi müraciətlər ediblər. Seçiciləri diqqətlə və səbrlə dinləyən deputatlığa namizəd qeydlər götürərək, onları narahat edən problemlərin həllinə yönəlik addımlar atacağını qəti şəkildə bildirib.
Atv.az xəbər saytı olaraq, iştirakçısı olduğumuz həmin görüşdən çəkdiyimiz video-kadrları və fotoları da, oxucularımızın diqqətinə çatdırırıq.

Yaşar KƏRİMOV,
Atatv.az xəbər portalının Baş direktoru.



Seçicilərin Əflan İbrahimovla bu dəfəki görüşü də maraqlı alınıb - VİDEO
Seçicilərin Əflan İbrahimovla bu dəfəki görüşü də maraqlı alınıb - VİDEO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829