atatv.az
atatv.az

İstanbulda koronavirus həyəcanının baiskarı azərbaycanlı həkim imiş

1-02-2020, 16:00

İstanbulda koronavirus həyəcanının baiskarı azərbaycanlı həkim imiş



İstanbulda koronavirus həyəcanı azərbaycanlı həkim assistentin kompüter xətasından qaynaqlanıb.

Bu barədə “T24” agentliyi xəbər yayıb.

Dünən Türkiyənin İstanbul şəhərində altı yaşlı çinli uşağın koronovirusa yoluxduğu üçün karantinə alındığı barədə məlumatlar yayılmışdı. Sonradan Səhiyyə Nazirliyi bu xəbəri təkzib edib.

Məsələ jurnalistlər tərəfindən araşdırılarkən hadisənin Azərbaycan əsilli həkim assistentin səhvi ucbatından qaynaqlandığı ortaya çıxıb.

Jurnalistlər qadının adının çəkilməməsi şərti ilə hadisənin təfərrüatlarını öyrəniblər. Məlum olub ki, xəstəni kompüter sisteminə azərbaycanlı həkim assistent qeydiyyata salıb. Lakin o, “ön diaqnoz” yerinə “dəqiq diaqnoz” qeyd edib.

Halbuki qızın ilk analizlərinin cavabı mənfi çıxıb, bununla belə dəqiq diaqnoz üçün qan nümunələri Ankaraya göndərilib. Sonda uşaqda koronavirus deyil, “Infulanze B” xəstəliyi müəyyən olunub.

Məlumata görə, azərbaycanlı həkim haqqında istintaqa başlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930