atatv.az
atatv.az

Ağsaqqal xeyr-duası Vəsilə Abulovaya düşərli olacaq

3-02-2020, 22:51

Ağsaqqal xeyr-duası Vəsilə Abulovaya düşərli olacaq99 saylı Şəmkir kənd seçki dairəsindən qeydə alınmış namizəd Vəsilə Çapay qızı Abulovanın seçicilərlə keçirdiyi davamlı görüşlər, gündəlik yeni mərhələyə qədəm qoyur. Bu da o deməkdir ki, 9 fevral günü bu dairənin qalibi adı çəkilən xanım olacaq. Bu gün Şəmkirin İrmaşlı kəndində keçirilən görüşdə bənzəri olmayan izdiham yaşanır ki, bu da Vəsilə Abulovaya göstərilən seçici rəğbətinin varlığı deməkdir. Görüşdə ağsaqqallar, ziyalılar, gənclər, bir çox kənd sakinləri, müharibə veteranları, azyaşlılar və s. iştirak edirlər ki, bu da keçirilən görüşə yeni bir stimul verir. Daha çox diqqəti cəlb edən hal o olur ki, ağsaqqalların, ziyalıların ünvanladıqları hər bir suala, onları maraqlandıran məsələlərə, bir sözlə kənd sakinlərini düşündürən hər bir problem və məsələyə Vəsilə xanım məntiqlə cavab verir. Sözsüz ki, ali qanunverici orqana iddialı olan hər bir şəxs, adı çəkilən bu xanım kimi hazırlıqlı, elmli, savadlı olmalıdır ki, ilk gündən seçici inamını qazana bilsin. Bəli, belə bir göstəriciləri özündə cəmləşdirən, yüksək insani keyfiyyətləri ilə hər kəsin diqqətini özünə cəlb edən, hər kəsə qayğı və səmimiyyətlə yanaşan bu xanım namizədin hər danışığı, etdiyi çıxışları seçiciləri heyran edir. Ona görə də, seçicilərin bu xanıma inamı, hədsiz etibarı var.

Bugünkü görüşdə isə, daha çox əhəmiyyət kəsb edən halın varlığı 99 saylı Şəmkir kənd seçki dairəsindən qeydə alınmış namizəd Vəsilə Abulovanın ağsaqqallardan xeyr-dua alması olur. Bəli, ağsaqqal xeyr-duası həm keçərli, həm də düşərli olur. Ona görə də, bu gün hər kəsdə belə bir inam hissi var ki, 9 fevral günü Vəsilə xanımın qalib çıxacağı danılmazdır.

Hazırladı: Xəlil Yusifoğlu

F.Faiqoglu

Ağsaqqal xeyr-duası Vəsilə Abulovaya düşərli olacaq
Ağsaqqal xeyr-duası Vəsilə Abulovaya düşərli olacaq
Ağsaqqal xeyr-duası Vəsilə Abulovaya düşərli olacaq
Ağsaqqal xeyr-duası Vəsilə Abulovaya düşərli olacaq
Ağsaqqal xeyr-duası Vəsilə Abulovaya düşərli olacaq






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829