atatv.az
atatv.az

Ulduz futbolçudan “Qalatasaray”a bir milyon avroluq jest

5-02-2020, 10:49

Ulduz futbolçudan “Qalatasaray”a bir milyon avroluq jest



Türkiyənin “Qalatasaray” klubundan qarşıdakı altı ay ərzində bir milyon avro maaş almaq haqqı olan yapon futbolçu Yuto Naqatomo bu haqqından imtina edib.

Bu barədə “Hürriyyet” məlumat yayıb.

“Bundan sonra “Qalatasaray” forması geyinə bilməyəcəyim üçün məyusam, ancaq peşəkar həyatda bunlar da var. Sadəcə, məşqlərə qatılaraq haqqım olmayan pulu qazanmaq mənə yaraşmaz. Ən qısa zamanda klub tapıb komandadan ayrılacağam”, - deyə Naqatomo komanda rəhbərliyinə bildirib.

“Qalatasaray”ın liqada mövcud olan əcnəbi futbolçu limiti səbəbilə heyətindən kənarlaşdırdığı yapon futbolçu bununla da türk klubuna bir milyon avroluq jest edib.

Qeyd edək ki, Avropanın aparıcı futbol liqalarında qış transfer pəncərəsinin bağlanmasına görə, Y.Naqatomo ölkəsi Yaponiyada klub axtarır. Ulduz futbolçunun “FC Tokio” ilə müqavilə imzalayacağı ehtimal olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031