atatv.az
atatv.az

AZAL-ın saytında bəzi funksiyalar işləməyəcək

5-02-2020, 11:49

AZAL-ın saytında bəzi funksiyalar işləməyəcək



“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) internetdəki resurslarının yeni platformaya köçürülməsi ilə əlaqədar bu gün saat 20:00-dan aviaşirkətin www.azal.az ünvanındakı saytında bəzi funksiyalar işləməyəcək.

AZAL-ın yaydığı məlumata görə, söhbət internet səhifəsinin aviabiletlərin alınması, onlayn qeydiyyat və bronun idarə olunması hissələrindən gedir.


Texniki işlərin 48 saat ərzində başa çatdırılması planlaşdırılır, lakin qeydiyyat xidmətinin bərpası və bronun idarə edilməsində daha uzun gecikmələrin baş verməsi mümkündür.⠀

“Əlavə məlumat üçün aviaşirkətin müştəri xidmətlərinə [email protected] elektron poçt ünvanı, saytımızdakı əks əlaqə forması və yaxud “WhatsApp”: +994 12 437 40 82 vasitəsilə müraciət edə bilərsiniz”, - məlumatda qeyd edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031