atatv.az
atatv.az

Polis seçkiyə qarışmır – Azərbaycanda seçkiləröncəsi durum

5-02-2020, 14:56

Polis seçkiyə qarışmır – Azərbaycanda seçkiləröncəsi durum

Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinin əvvəlki seçkilərdən fərqlənəcəyi barədə proqnozlar özünü doğrultmaqdadır.

Xüsusilə, təbliğat və təşviqat kampaniyasında bu fərq açıq-aydın sezilir.

"Yeni Sabah” bildirir ki, Azərbaycanda bundan əvvəl keçirilən seçkilərdə təbliğat və təşviqat kampaniyası yerli hakimiyyətlərin prosesə ciddi müdaxiləsi ilə müşaiyət olunurdu. Hakimiyyətin namizədlərinə təbliğat üçün hər cür şərait yaradıldığı halda digər iddialılara faktiki olaraq kampaniya imkan verilmirdi. Bu dəfə isə namizədlərə təbliğat üçün əvvəlki seçkilərlə müqayisədə əlverişli mühit yaradılıb.

Yerli hakimiyyətlərin onlara maneə yaratması isə nadir hallarda baş verir və bu fakt sosial şəbəkələrdə ictimailəşdirilən kimi məsələ həllini tapır. Lakin hakimiyyətin namizədlərinə inzibati resursların dəstəyi bu seçkilərdə də özünü göstərir. Müsbət məqam odur ki, hələlik seçicilərin etirazlarına dözümlülük nümaiyiş etdirilir.

Bu seçkilərdə xüsusi diqqət çəkən məqamlardan biri də polisin prosesdən kənarda qalmasıdır. Əvvəlki seçkilərlə müqayisədə bu dəfə polis yalnız keçirilən görüşlərin təhlükəsizliyini təmin etməklə məşğul olur. Doğrudur, bəzi hallarda polisin namizədlərin təbliğatına mane olması barədə faktlar ictimailəşdirilir. Lakin bu kütləvi xarakter daşımır.

Polis hətta illərlə Milli Məclisdə təmsil olunub seçicilərinin problemləri ilə maraqlanmayan namizədlərə qarşı etirazlara belə, müdaxilə etmir. Məlumat üçün deyək ki, 9 fevral seçkilərinə qatılan Milli Məclisin köhnə tərkibində təmsil olunanların çoxu görüşlərdə ciddi etirazrlarla üzləşirlər. Bəzi hallarda bu etirazlar qarşıdurma xarakteri alır. Müşahidələr göstərir ki, etirazla qarşınanlanların hakimiyyətin namizədləri olmasına baxmayaraq polis təmkin nümayiş etdiri.
Ekspertlər hesab edir ki, bütün bunlar islahatlar kampaniyasının təzahürüdür. "Prezident 9 fevralda keçiriləcək növbədənkənar parlamen seçkilərinin də islahatlar kampaniyasının tərkib hissəsi olduğunu bəyan edib. Bu inzibati qurumlara mesaj sayıla bilər. Bu baxımdan, bu dəfə seçki prosesinə müdaxilələr minimum həddədir”, -deyə ekspertlər bildirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031