atatv.az
atatv.az

İstifadə edilməmiş seçki bülletenlərinin taleyi necə olacaq?

8-02-2020, 13:56

İstifadə edilməmiş seçki bülletenlərinin taleyi necə olacaq?
Fevralın 9-da Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilər keçiriləcək.

Səsvermə fevralın 9-da saat 08:00-dən 19:00-a qədər davam edəcək.

Oxu.Az səsvermənin təşkili ilə bağlı məsələlərə nəzər yetirib.

Seçki Məcəlləsinin 98-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə qurumu məntəqə seçki komissiyasına əvəzsiz olaraq səsvermə otağı ayırır.

Səsvermə otağına qutu, kabinə, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulmalıdır. Əşyalar elə yerləşdirilməlidir ki, seçicilərin səs verərkən rahat hərəkət etmələrinə mane olmasın.

Səsvermə otağında namizədlər, eləcə də bülletenlərin doldurulması qaydaları haqqında məlumatların göstərilməsi məqsədi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) müəyyən etdiyi formada məlumat lövhələri yerləşdirilməlidir.

Lövhə elə yerləşdirilməlidir ki, seçicilər materialları sərbəst oxuya bilsinlər. Seçki bülletenlərinin nümunələrində qeydə alınmış namizədlərin adlarından istifadə edilə bilməz. Lövhədə cinayət və inzibati qanunvericilikdən vətəndaşların seçki hüquqlarının pozulmasına görə, məsuliyyət müəyyənləşdirən məlumatlar olmalıdır.

Səsvermənin yekununa aid böyüdülmüş protokol nümunələri asılmalıdır. Bu, səsvermə başlandığı andan səsvermə otağında yekunlar barədə məlumatları göstərmək üçündür.

Səsvermə otağı elə təşkil edilməlidir ki, seçki bülletenlərinin verildiyi yer, kabinələr, səsvermə üçün digər yerlər, qutular məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər tərəfindən sərbəst görünə bilsin.

Seçki Məcəlləsinin 99-cu maddəsi isə seçki bülletenləri ilə əlaqədardır. Seçki bülletenlərində namizədlərin soyadları əlifba sırası ilə yerləşdirilir.

Hər bir seçki bülleteni MSK-nın müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq nömrələnməlidir. Onun doldurulması qaydası haqqında izahat verilməlidir. Nömrə seçki bülleteninin kəsilən küncündə yerləşdirilir.

Qeyd edək ki, hazırlanmış seçki bülletenlərinin sayı müvafiq seçki dairəsində qeydə alınmış seçicilərin sayından ən çoxu 3 faiz artıq ola bilər.

Məntəqə seçki komissiyalarına verilmiş seçki bülletenlərinin sayı seçki bülletenlərinin verildiyi günədək seçki məntəqəsi üzrə siyahıya daxil edilmiş seçicilərin sayının 90 faizindən az, 0,5 faizindən isə artıq ola bilməz.

Səsvermə vaxtı başa çatdıqdan sonra dairə seçki komissiyasında qalan istifadə edilməmiş seçki bülletenləri ləğv edilir. Bu barədə dairə seçki komissiyası akt tərtib edir.

Seçki komissiyalarının üzvləri, müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər və onların səlahiyyətli nümayəndələri, yaxud onların vəkil edilmiş şəxsləri, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri seçki komissiyasının iclaslarını, habelə səslərin hesablanmasını müşahidə edə bilərlər.

Onlar məntəqə və dairə seçki komissiyalarında seçki bülletenləri, seçici siyahıları və səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri ilə, eyni zamanda prosesin nəticələri və yekunları haqqında protokollarla müvafiq işin aparılmasını müşahidə etmək hüququna malikdirlər.

Həmçinin, dairə və məntəqə seçki komissiyalarının qərarlarının və digər seçki sənədlərinin (seçici siyahıları, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələri istisna olmaqla) surətlərini almaq, seçki komissiyalarında digər seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək hüququna malikdirlər.

Ləğv edilmiş seçki bülletenləri komissiyanın digər sənədləri ilə birlikdə seçki komissiyasının katibində saxlanılır.

Qeyd edək ki, 125 seçki dairəsi üzrə 1314 deputatlığa namizəd hakimiyyətin qanunverici qanadında təmsil olunmaq uğrunda mübarizə aparır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930