atatv.az
atatv.az

Unutmadıq və unutdurmarıq. Xəbər yeniləndi

29-04-2020, 17:43

Unutmadıq və unutdurmarıq. Xəbər yeniləndi
XATIRLATMA

İlin ən qısa ayı olan Fevral keçmiş ittifaqın bir parçası Azərbaycanda daha çox həmin ayın təqvimi olan 23-də - “Qırmızı ordunun yaranması” sonralar isə “Sovet ordusu və hərbi-dəniz donanması” kimi xatırlanırdı. Böyük SSRİ-in dağılması, Azərbacanın yenidən demokratik müstəqilliyini elan etməsi, Birinci Qarabağ müharibəsi başlanması və sonrakı hadisələr fevralı xalqımızın yaddaşında faciəvi aylardan birinə çevrildi. Belə ki, 1992-ci ildə həmin ayın 18-də Xocavənd diyarımız işğala məruz qaldısa, ayın 26-da Xocalı faciəsi başımıza gəldi. 613 nəfər günahsız soydaşlarımız o cümlədən qadın, uşaq, qoca amansızcasına, işgəncələr verilərə qətl edildi.
2010-cu il iyunun 18-dən-19-a keçən gecə Azərbaycanın qurd ürəyi yemiş, aslan cəsarətli, qartal çevikli oğlu Mübariz İbrahimov təkbaşına dığaların başına şimşək kimi çaxıb onları biçdi və sona qədər silahı yerə qoymayaraq qəhramanlıq zirvəsinə ucaldı.
Əslində igid oğlumuz yalnız xeyli sayda dığaları məhv etməklə düşmən üzərində qisas təbilinin başlanğıcını vurmadı, həm də tarix yaddaşımızada faciəvi fevral ayına yeni şanlı, qürurla dolu 7 fevral təqvimini həkk etdi. 7 evral ölməz Milli qəhrəmanımızın dünyaya göz açdığı gündür.
Milli qəhrəmanımızın doğum günündən bir gün əvvəl “Bakı Milli Televiziya”nın rəhbəri, jurnalist İlham Rəsulzadə başda Mübariz İbrahimov olmaqla bütün qəhraman şəhidlərimiz haqqında iki hissəli “Unutmadıq və unutdurmarıq” adlı sənədli filmi (hələ yayımlanmayan) barəsində AtaTv.Az saytımıza eksklüziv müsahibə vermək istədiyini bildirdi. Bu xoş xəbəri eşidər-eşitməz bir media kapitanı kimi dərhal İlham bəy xahişinə məmnun olduğumu bildirdim və müsahibəmiz baş tutdu. Söhbətimiz zamanı İlham bəy bildirdi ki, həmin filmi Milli qəhrəman Mübariz İbrahimovun doğum günü, özü də onun atası Ağakərim kişinin qarşısında nümayiş etdirəcək.
Biz də, daha doğrusu AtaTv.Az, “Korrupsiya və qanun” qəzetinin əməkdaşları ilə qəhramanımızın doğum günün yad etmək üçün “Azərbaycan Nəşriyatı” qarşısından Cəlilabadın Əliabad kəndinə marşurut götürən maşınlar karvanı qoşulduq. Yola düşdükcə karvan daha da çoxaldı. Maşınlar dövlət bayrağı və Mübariz İbrahimovun şəkilləri ilə bəzədilmişdir. Karvan sahibləri içərisində “Mübariz İbrahimov adına Veteranlar birliyi”, media nümayəndələri, qazilər, əlillər və s. şəxslər idi.
Təyinat başına çatdıqdan sonra əvvəlcə Mübariz İbrahimovun Ev-müzeyinə, ardınca doğulduğu evdə olduq. Sonda isə Biləsüvar “Şəhidlər xiyabanı”nı ziyarət etdik. Qəhrəmanımızın atası Ağakərim kişinin atasının evinə ziyarətə gələnlərin sayı durmadan artırdı. I sinif şagirdləri başda olmaqla bütün məktəblilər bədahətən qəhramanımız barədə şeirlər səsləndirir, qazilər, veteranlar, əlillər, media nümayəndələri nitqlər söyləyir, çıxışlar edir. Hətta qürurverici məqamlardan biri də o oldu ki, Ağakərim kişinin həyətini tərk edən hər bir veteran, qazi, əlil üç rəngli bayrağımız qarşısında diz atıb onu öpərək təntənəli sürətdə and içdilər: “Qarabağı geri almadan rahat olmayacağıq”!
Anşlaq olan tədbirdə bir məqam diqqətimizdən kənar qalmadı. Belə ki, Biləsüvar şəhər İH –dən heç bir nümayəndə gözə dəymirdi. Orda sorğu apardığımız zamanı gümanımız doğru çıxdı ki, tədbirdə heç bir icra nümayəndəliyindən heç kim iştirak etmir. Ziyarətimizi yavaş-yavaş yekunlaşdıraraq, Mübariz İbrahimovun doğum günü barəsində onların fikirlərini öyrənmək üçün yol aldıq birbaş şəhər icra hakimiyyətinə.
Təyinat başına çatan zaman Mübariz İbrahimovun doğum günü ilə əlaqədar reportaj hazırlayırıq, icra başçısının da fikirlərini bilmək istəyimizi bildirdikdə, əvvəlcə bizi çox soyuq qarşıladılar, ardınca “icra başçısı yerində yoxdur” deyə, laqeydlik göstərdilər. Biz dəfələrlə xahiş edərək bildirdik ki, “bu gün milli qəhrəman Mübariz İbrahimovun doğum, həmçinin parlament seçkilərinin axırıncı təbliğat günündür, ona görə sorğularımızı cavablandırsaz minnətdar olarıq”. Lakin yenə laqeydliklə cavab aldıq. Bir müddət icra hakimiyyəti qarşısında gözlədiyimizi görüb, özünü şöbə müdiri kimi təqdim edən biri aşağı düşərək: “İcra başçısının vacib işləri, görüşləri, qonaqları var, ona görə sizi qəbul edə bilməyəcək” deyə, bildirdi. Yeni “xəbər”i eşitdikdən sonra “biz tələsmirik, gözləyə bilərik” desək də, yenə bizi qəbul etməyəcəyini israrla bildirdi.
Ölkə başçısı, cənab İlham Əliyev çıxışlarında dəfələrlə deyib: “Mən də daxil olmaqla bütün məmurlar xalqın xidmətçisidir”.
Digər çıxışında isə: Dünyada mətbuat 4-cü hakimiyyət hesab olunsa da, Azərbaycanda artıq 2-ci hakimiyətdir, çünki bizdə senzura yoxdur, media nümayəndələrindən tutmuş, sıravi vətəndaşlara qədər hamı gördüyü özbaşınalıq, qanunsuzluq hallarını dərhal görüb, çəkib rahatlıqla ictimailəşdirə bilir.
Həmçinin Prezident məmurlara dönə-dönə tapşırıb : Jurnalistlər mənim dostlarımdır. Məhz onların sayəsində ölkədə baş verən bir çox qanunsuz halları oxuyur, xəbər tuturam. Ona görə hər hansı jurnalistin qanuni fəaliyətinə hər hansı maneə yaratmaq, onları sıxışdırmaq birbaşa qanunun tələblərini pozmaq deməkdir. Bu məsələni mən daim nəzarətdə saxlayıram.
Ölkə başçısının yuxarıdakı göstəriş və tapşırıqlarına baxmaraq, bir çox icra başçıları kimi Biləsüvar İHB –da jurnalistlərə qarşı hörmətsizliyini kobud sürətdə göstərmiş oldu.

AtaTv.az xəbər portalının baş direktoru
Yaşar Kərimov


Unutmadıq və unutdurmarıq. Xəbər yeniləndi
Unutmadıq və unutdurmarıq. Xəbər yeniləndi
Unutmadıq və unutdurmarıq. Xəbər yeniləndi
Unutmadıq və unutdurmarıq. Xəbər yeniləndi
Unutmadıq və unutdurmarıq. Xəbər yeniləndi
Unutmadıq və unutdurmarıq. Xəbər yeniləndi
Unutmadıq və unutdurmarıq. Xəbər yeniləndi
Unutmadıq və unutdurmarıq. Xəbər yeniləndi
Unutmadıq və unutdurmarıq. Xəbər yeniləndi
Unutmadıq və unutdurmarıq. Xəbər yeniləndi
Unutmadıq və unutdurmarıq. Xəbər yeniləndi
Unutmadıq və unutdurmarıq. Xəbər yeniləndi
Unutmadıq və unutdurmarıq. Xəbər yeniləndi
Unutmadıq və unutdurmarıq. Xəbər yeniləndi
Unutmadıq və unutdurmarıq. Xəbər yeniləndi
Unutmadıq və unutdurmarıq. Xəbər yeniləndi
Unutmadıq və unutdurmarıq. Xəbər yeniləndi
Unutmadıq və unutdurmarıq. Xəbər yeniləndi
Unutmadıq və unutdurmarıq. Xəbər yeniləndi
Unutmadıq və unutdurmarıq. Xəbər yeniləndi
Unutmadıq və unutdurmarıq. Xəbər yeniləndi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930