ANA SƏHİFƏ HAQQIMIZDA ƏLAQƏ
dini radikalizm və ekstremizmlə mübarizə

ABİL İSLAM - "SƏN ÖL" DEDİN...

Baxış Sayı:188

ABİL İSLAM - "SƏN ÖL" DEDİN...


ABİL İSLAM

"SƏN ÖL" DEDİN...
Bir "sən öl"ə doğma yurddan köçən olub,.
Bir " sən öl"ə balasından keçən olub.
Bir " sən öl"ə acı zəhər içən olub,
" Sın öl " dedin...
*****
" Sən öl " andı, dar məqamda içilibdi,
Bir " sən öl" ə çox qalalar tikilibdi.
Bir " sən öl" ə çox kəfənlər biçilibdi...
" Sən öl " dedin...
*****
" Sən öl" dedin, əl - ayağım hey boşaldı,
Yaz ömrümü elə bildim bir qış aldı.
Bir " sən öl " ə neçə arzu ürəklərdə yatıb qaldı...
" Sən öl " dedin...
*****
" Sən öl" demə,
Babaların and yeriydi,
Xırdalandı...
Koroğlunun, Qoç Nəbinin ruhu yandı.
Həqiqətsə, bu " sən öl " ü yaman dandı,
" Sən öl" dedin...
" Sən öl " demə !!!

Oxşar xəbərlər
SON XƏBƏRLƏR