atatv.az
atatv.az

3 seçki məntəqəsinin nəticələri ləğv olundu - RƏSMİ

13-02-2020, 11:58

3 seçki məntəqəsinin nəticələri ləğv olundu - RƏSMİ

Parlament seçkiləri ilə əlaqədar 111 saylı Zaqatala Seçki Dairəsi üzrə 2, 123 saylı Kəlbəcər Seçki Dairəsi üzrə 1 seçki məntəqəsində səsvermənin nəticəsi ləğv olunub.

BakuPost-un məlumatına görə, 111 saylı Zaqatala Dairə Seçki Komissiyasının sədri Zöhrab İsmayılov APA-ya açıqlamasında bildirib ki, dairə üzrə 4 və 43 saylı seçki məntəqələrində müəyyən qayda pozuntularına yol verilməsi ilə bağlı komissiyaya məlumat daxil olub.

Daxil olan şikayət araşdırılıb və həmin məntəqələrdə müəyyən qanun pozuntularına yol verildiyi təsdiq olunub. Komissiyanın qərarı ilə həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılıb.

123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasının sədri Adil Murtuzayev də açıqlamasında bildirib ki, dairə üzrə 10 saylı seçki məntəqəsində seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığına görə, həmin məntəqədə səsvermənin nəticələri ləğv edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930