atatv.az
atatv.az

Neft daşlarında DƏHŞƏTLİ HADİSƏ: geoloq dözməyib damarlarını doğradı

13-02-2020, 13:10

Neft daşlarında DƏHŞƏTLİ HADİSƏ: geoloq dözməyib damarlarını doğradı

Dünən Neft Daşları Neft-Qaz Çıxarma İdarəsində intihara cəhd olub.

Publika.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı məlumat verib. O bildirib ki, Neft Daşlarında işləyən geoloq Tural Bağırov qolunu şüşə parçası ilə doğrayaraq özünü öldürməyə çalışıb:

"Aldığım məlumatda qeyd olunur ki, Tural Bagırov, Neft Daşları NQÇİ-də ona edilən təzyiqlərdən bezdiyini və bunun nəticəsində intihar edə biləcəyi ilə əlaqadar Azneft İB-nin Baş direktoru Şahmar Hüseynova teleqram vurub. Ş.Hüseynov onu qəbul edib ərizənin araşdırılması üçün hüquq şöbəsinə yönəldib.

Dünən Birlik tərəfindən göndərilən hüquqşünas tərəfindən ərizənin araşdırılması zamanı onda diktafon olduğunu, gizli çəkiliş apardığından şübhələndiyini bildirib və Tural Bağırovdan soyunmasını tələb edib. Tural Bağırov əynindəki gödəkçəni və üst köynəyini çıxarıb üstündə heç bir cihazın olmadığını ona sübut edib. Nəticədə ona edilən haqsızlıqlara dözməyən geoloq intihar edib".

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Fevral 2020    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
242526272829