atatv.az
atatv.az

Rauf Arifoğludan SENSASİON BƏYANAT: 35-ci dairənin nəticələri ləğv edilsin

13-02-2020, 14:30

Rauf Arifoğludan SENSASİON BƏYANAT: 35-ci dairənin nəticələri ləğv edilsin

9 fevralda keçirilən Növbədənkənar Parlament seçkilərində 35 saylı dairədən ən çox səs toplayan Rauf Arifoğlu nəticələrin ləğv edilməsi ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Anews.az xəbər verir ki, R.Arifoğlu bəzi şəxslərin sosial şəbəkələrdə manipulyasiya ilə məşğul olduğunu bildirib:

"MSK 35-ci dairənin nəticələrini ləğv etsin, bir daha yarışaq! Sosial şəbəkədə fırtına yaradırlar. Bütün seçki boyu saxtakarlıqlara əl atanlar bizi saxta yolla seçilməkdə suçlayırlar, insanları manipulyasiya edirlər.

Təmiz, halal bir qələbə qazanmışam, qəbullana bilmirlər. Araz Əlizadəni quzu kimi qəbullanmışdılar, mənim möhtəşəm qələbəmi sinirə bilmirlər. 5000 fərqlə özündən razı rəqibimi qutuda qoymuşam, qane olmurmu? Qəbul etmirmi?

Mən də razıyam. Bir daha yarışaq! Bu dəfə klon namizədlər olmadan, fırıldaqlar, təxribatçı qadınlar olmadan.

Heç nə dəyişməyəcək, yenə udacam. Hodri meydan, yarış yenidən başlasın!"






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930