atatv.az
atatv.az

“Məzahir Pənahovun bircə dəfə demokratlığı tutdu...”

17-02-2020, 09:58

“Məzahir Pənahovun bircə dəfə demokratlığı tutdu...”"Yeni Müsavat" qəzetinin rəhbəri Rauf Arifoğlu namizəd olduğu dairənin nəticələrinin ləğvi ilə bağlı daha bir status yazıb.

"Qafqazinfo" xəbər verir ki, R. Arifoğlu bildirib ki, ən azı 35 dairəni ləğv eləmək lazımdır:

"Məlum səbəbdən, digər dairələrdəki seçki proseslərini izləyə bilməmişdim. İki gündür, ortada olan videolara baxıb, təhlil edirəm. Belə anladım ki, seçki adına əsl yarış, seçki günü ən düzgün prosedurlar 35 saylı dairədə gedibmiş (təbii, daha başqaları da var)...Sadəcə, Məzahir Pənahovu və hakimiyyəti sosial media "atmosferə" saldı. Bizim dairəni qurban verib, bütövlükdə seçkini xilas etməyə cəhd göstərdilər. Amma üzə çıxan yeni - yeni videolar göstərir ki, 35-ci Xətai 3-cü seçki dairəsini qaytarıb, ən azı, 35 dairəni ləğv eləmək lazımdır.

Məzahir Pənahovun ömrü boyu bircə dəfə demokratlığı tutdu, o da bizim dairənin başında çatladı. "Sosial şəbəkə göstərer, yazmağa, sənədlərə baxmağa gərək qalmer...", dedi...

İkinci dəfəmizdə bunu Feysə baxmağa qoymamaq lazımdır.

Hər şey Feysdəki kimi olsaydı, dünən MSK -nın qarşısında 35-40 min "like" olmalı idi.

Cəmi 35-40 idilər..."






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930