atatv.az
atatv.az

Ayaz Mütəllibov AzTV-də Paşinyanın ittihamlarına cavab verdi - VİDEO

17-02-2020, 11:29

Ayaz Mütəllibov AzTV-də Paşinyanın ittihamlarına cavab verdi - VİDEO

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Ermənistanın baş naziri Nikol Paşinyana Azərbaycan Televiziyasının "HƏFTƏ" proqramına müsahibəsində cavab verib.

Redaktor.az xəbər verir ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrində Xocalı soyqırımı ilə bağlı danışarkən Azərbaycanın eks prezidenti Ayaz Mütəllibova “istinad edərək” sözügedən hadisəni azərbaycanlıların törətdiyi ilə bağlı iddianı Azərbaycanın eks-prezidenti əsassız adlandırıb: “Paşinyanın sözlərinin real əsası yoxdur. O, yalan danışdı.

Ona görə də hansısa jurnalistin “Arqumenti i Faktı” qəzetində nə vaxtsa nəsə deməsi haqqında danışığını və bitməyən qanlı münaqişəni buna bağlamaq nəinki məntiqi deyil, həm də qeyri-obyektivlikdir. Özü də Münhen konfransı kimi səviyyədə. Lakin ölkə prezidenti bu yalanlara kifayət qədər inandırıcı cavab verdi. Ümumiyyətlə, bu məsələdə mənə istinad etmək, özü-özlüyündə təəccübləndirir və bu, yolverilməzdir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930