atatv.az
atatv.az

Bu rayonda qaz təchizatı dayandırıldı

17-02-2020, 11:51

Bu rayonda qaz təchizatı dayandırıldı

Bakının Nəsimi rayonu ərazisində təbii qaz təchizatında məhdudiyyət yaranıb.

Bu barədə Atatv.az ərazidə yaşayan sakinlər məlumat verib.

Onların sözlərinə görə, gecə saatlarından Cavadxan küçəsində təbii qazın verilişi ndə fasilə yaranıb.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri Ceyhun Səfərov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən ərazidə qaz sızması olub:

“Sözügedən ərazinin yaxınlığında diametri 76 mm olan yeraltı qaz xəttində sızma aşkarlanıb. Problemin aradan qaldırılması üçün əməkdaşlar əraziyə yollanıb. Sızma nöqtəsi dəqiqləşdirildikdən sonra ərazidə təmir işlərinə başlanılacaq.

Ümumilikdə işlər təxminən üç saata qədər vaxt ala bilər. Problem tam şəkildə aradan qaldırıldıqdan sonra ərazinin təbii qaz təchizatı ilə təminatı bərpa ediləcək”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930