atatv.az
atatv.az

Azərbaycanda bu bankda kütləvi ixtisar: 50-dən çox adam işdən çıxarıldı

17-02-2020, 12:44

Azərbaycanda bu bankda kütləvi ixtisar: 50-dən çox adam işdən çıxarıldı

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC-nin iki filialı bağlanıb.

Unikal.org-un məlumatına görə, bankın “Premium” və “Ticarət” filialı müəmmalı səbəblərdən bağlanmalı olub.

Hazırda ASC-nin “Ticarət” filialı “Muğanbank”a satılıb. “Premium” filialının səhmləri isə baş ofisə köçüb. Bank filiallarının bağlanmasını rəsmən elan etməsə də, artıq orada çalışan 50-dən çox işçi ixtisar olunub.

Qeyd edək ki, yaxın günlərdə daha dörd filialın da bağlanacağı bildirilib. Artıq bankın filiallarının bağlanması əmanətçiləri də təşvişə salıb.

Hələlik bank rəhbərliyi bu barədə müştərilərinə rəsmi məlumat vermir.

Bankdan iki filialın bağlanması xəbəri təsdiq edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930