atatv.az
atatv.az

TUT ƏLİMDƏN...

17-02-2020, 18:18

TUT ƏLİMDƏN... 15 fevral 2020 ci il tarixdə Nərimanov rayonunda yerləşən " Təndir " restoranında fiziki qüsurlu uşaqlara yardım məqsədi ilə xeyriyyə konserti keçirilmişdir.
Adı çəkilən rayonun ərazisində yerləşən " Müşfiq " fiziki qüsurlu uşaqlar evinin filialının rəhbəri Gülnarə xanımın yazılı müraciəti əsasında Xəbər Ekspress. az saytının rəhbəri Ruhiyyə xanın Eldarqızı və Vüsal Həbiblinin rəhbərliyi ilə " Tut əlimdən " adlı layihə işlənib hazırlandı.
Tədbirin keçirilməsində məqsəd imkanlı şirkət, təşkilat və şəxslərin diqqətini qəlbləri qırıq,qəm - kədərlə yaşa dolan azərbaycan övladlarını qismən də olsa sevindirmək üçün maddi , mənəvi dəstəyə səsləmək idi.
Tədbir Nərimanov rayonu icra hakimiyyətinin nəzarəti çərçivəsində keçirilməklə yanaşı, həm də rayon icra hakimiyyətinin başçısı Fərzəliyev Abdin Ələsgər oğlunun şəxsi göstərişi ilə tədbirə gətirilmiş uşaqların isti naharla təmin olunmasına da göstəriş vermişdir.
Tədbirə çoxsaylı mətbuat nümayəndələri, musiqiçilər, xüsusi dəvət olunmuş və könüllü qonaqlar da iştirak edirdilər.
" İRS " jurnalının redaktoru Nazim Qarabağlının təsirli çıxışından sonra diqqətimi " Koroğlu " MMC şirniyyat firmasının HR meneceri Asif Vəliyev çəkdi. O , çıxışı zamanı firmanın təsisçisi Tahir Əliyevin və direktoru Rəşad Əliyevin şəxsi salamlarını tədbir iştirakçılarına çatdırdı.Çox dolğun çıxışından sonra, sovqat kimi gətirdiyi maddi yardımı və şirniyyat payını " Koroğlu " formasının rəhbərliyi adından uşaqlara çatdırmaq üçün təşkilatçılara təqdim etdi.
Biz də ATA Tv.Az ailəsi olaraq , bu cür insanları foto - video çəkilişlərimizlə yanaşı, həm də dərc etdiyimiz yazılarımızla nümunə olaraq xalqa tanıtmağa və onları başqalarına da nümunə göstərməyi özümüzə borc bilirik.
Bu cür keçirilən tədbirlərin təmənnasız olaraq işıqlandırılmasında rejissor Etibar Əliyevin adını xüsusi olaraq vurğulamağı özümə mənəvi borc bildim. Onun Youtube kanalında müxtəlif mövzularda çəkdiyi 240 - dan çox filmi öz əksini tapıb.
Tədbirdə əlil bir oğlanın öz yazdığı şerini söyləməsi məclis iştirakçılarını kövrəltsə də , incəsənət nümayəndələrinin rənga - rəng konsert proqramı uşaqları yenidən şən ovqata köklədi.
Müğənni Yeganə Abbaslı 3 (üç) əlil qız uşaqlarına öz barmağından çıxardığı üzükləri hədiyyə etdi.
Bütövlükdə gələn qonaqların uşaqlara olan mehribançılığı və diqqətləri vəhdət təşkil edirdi.
Tədbirin sonunda təşkilatçılar gələn qonaqlara öz minnətdarlıqlarını bildirdilər.

Abil İslam
ATA TV.Az xəbər portalının direktoru .

( foto çəkilişlər müəllifə , video çəkilişlər Etibar Əliyevə məxsusdur)




TUT ƏLİMDƏN...
TUT ƏLİMDƏN...
TUT ƏLİMDƏN...
TUT ƏLİMDƏN...
TUT ƏLİMDƏN...
TUT ƏLİMDƏN...
TUT ƏLİMDƏN...
TUT ƏLİMDƏN...
TUT ƏLİMDƏN...
TUT ƏLİMDƏN...
TUT ƏLİMDƏN...
TUT ƏLİMDƏN...
TUT ƏLİMDƏN...
TUT ƏLİMDƏN...
TUT ƏLİMDƏN...
TUT ƏLİMDƏN...
TUT ƏLİMDƏN...
TUT ƏLİMDƏN...






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930