atatv.az
atatv.az

FHN Badamdar sürüşmə sahəsində görüləcək işləri açıqlayıb

17-02-2020, 19:45

FHN Badamdar sürüşmə sahəsində görüləcək işləri açıqlayıb


“Badamdardakı sürüşmə sahəsində 2018-ci ildə yenidən aktivləşmə baş verib. Buna səbəb kanalizasiya sularının və digər suların təsirindən yeraltı suların səviyyəsinin qalxmasıdır”.

Bunu Badamdardakı sürüşmə ilə bağlı APA-ya açıqlama verən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Azərinşaat Layihə İnstitunun Geoloji şöbəsinin rəisi Samir Vəliyev bildirib. O qeyd edib ki, Fövqəladə Hallar Nazirliyi Yaponiyanın “Shinyei Kaisha” və “Oyo corporation” şirkətlərinin əməkdaşları ilə birlikdə həmin ərazidə yenidən tədqiqat işləri aparıb və müvafiq layihə işləri həyata keçirib:

“Layihə işlərinə əsasən, yamacın qaş hissəsindən yuxarıda diametri 3,5, dərinliyi 30 metr olmaqla dərin drenaj quyuları qazılmalı idi. Bundan sonra layihəyə uyğun olaraq həmin quyuların içərisində 5-7 dərəcə bucaq altında, uzunluğu 40-50 m olan 75 mm dərinlikdə drenaj quyuları qazılaraq həmin ərazidən yeraltı suların kənarlaşdırılması, təbii axın təşkil ediləcək. Son zamanlar isə ərazidə atmosfer çöküntülərinin artması, yenə də kanalizasiya sularından olan sızmalar hesabına kütlə üzərində müəyyən uçqunlar əmələ gəlib. Bu səbəbdən də layihənin həyata keçirilməsi ləngiyib”.

Samir Vəliyev deyib ki, qazılacaq quyular üçün lazım olan ləvazimatlar Yaponiyadan sifariş olunub:

“Çünki quyular qazıldıqda insan təhlükəsizliyi baxımından bərkitmə işləri aparılmalıdır. Sifarişin mart ayının əvvəlində gəlməsi planlaşdırılır. Bu ləvazimatlar gəldikdən sonra həmin drenaj quyularının qazılması həyata keçiriləcək. Layihə əsasında sürüşmə sahəsi üzərində 1:1 nisbətində terraslar yaradılacaq, sürüşmə kütləsində artıq yüklər sahədən kənarlaşdırılacaq və üzərində ankerləmə işləri aparılmaqla 15 sm qalınlığında beton təbəqə töküləcək. Bununla da sürüşmə sahəsində dayanıqlıq təmin edilmiş olacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930