atatv.az
atatv.az

Yol polisi bu yerlərdən “Əsgərə salam” göndərdi - VİDEO

18-02-2020, 10:51

Yol polisi bu yerlərdən “Əsgərə salam” göndərdi - VİDEO

Əsgərə salam" aksiyasına yol polisi də qoşulub

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi "Əsgərə salam" aksiyası keçirir. Kampaniyaya bir çox dövlət müəssisələri və özəl təşkilatlar da qoşulub. Aksiyanın həyata keçirməsində məqsəd əsgərlərimizə mənəvi dəstək göstərməkdir.

BakuCity.az xəbər verir ki, "Əsgərə salam" aksiyasına yol polisi də qoşulub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin, eləcə də Baş Dövlət Yol Polisi İdarəsinin bir neçə tağımı bu aksiyada yaxından iştirak edib.

Həmçinin oxu: Sevdiklərimizi qurban verməyək: Sükan arxasında diqqətli ol - DYP-dən VİDEO

Təqdim olunan görüntülər yol polisinin şəxsi heyəti tərəfindən bir neçə yerdən əsgərə hərbi salam göndərməsini əks etdirir.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, “Əsgərə salam” aksiyasına yol polisi bir qədər fərqli qoşulub. Belə ki, əsgərlərlə salamlaşma Şəhidlər xiyabanında, Xocalı abidəsinin yanında və 20 Yanvar abidəsinin önündə, eləcə də Bakı Şəhər Yol Polisi İdarəsinin inzibati binasının qarşısında baş tutub:

“Yol polisi bu görüntülərlə bildirmək istəyir ki, onlar daim əsgərlərimizin yanındadırlar və şəhidlərimizin, Xocalı faciəsinin qisası birlikdə alınacaq. Ali Baş Komandanın göstərişi ilə polislər də ön cəbhədə əsgərlərlə daim çiyin-çiyinə olacaqlar”.

Yol polisi bu yerlərdən “Əsgərə salam” göndərdi - VİDEOYol polisi bu yerlərdən “Əsgərə salam” göndərdi - VİDEO
Yol polisi bu yerlərdən “Əsgərə salam” göndərdi - VİDEO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930