atatv.az
atatv.az

Zakir Qaralovu kim əvəz edəcək? – Apreldə qərar veriləcək

19-02-2020, 13:29

Zakir Qaralovu kim əvəz edəcək? – Apreldə qərar veriləcək


Aprelin 25-də Baş prokuror Zakir Qaralovun bu vəzifəyə təyinatının 20 ili tamam olur.

Yenisabah.az xatırladır ki, Zakir Qaralov 25 aprel 2000-ci ildə Baş prokuror təyin edilib.

Hakimiyyət islahatlar kampaniyasına start verəndə 64 yaşlı Zakir Qaralovun da yola salınacağı barədə mülahizələr irəli sürülürdü. İslahatlar dalğasında ilk olaraq uzun müddət vəzifədə olan məmurların yola salınması Zakir Qaralovun da əvəzlənəcəyi barədə mülahizələri daha da möhkəmləndirsə, Azərbaycan cəmiyyəti yeni Baş prokuror təyinatının şahidi olmadı.

Bundan sonra belə iddialar səsləndirilməyə başlandı Zakir Qaralovun vəzifəsinin 20 ilin başa vurduqdan sonra yola salına bilər.

Onun yerinə kimin təyin olunacağına gəlincə, bu sırada deputat Əli Hüseynlinin adı çəkilir. Əli Hüseynli Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədridir. Hər dəfə Baş prokurorun əvəzlənməsi məsələsi gündəmə gəldikdə, bu posta ən şanslı namizəd kimi Əli Hüseynlinin adı çəkilir.

Baş prokuror postuna daha bir namizəd kimi Baş prokurorun birinci müavini Rüstəm Usubovun da adı çəkilir. Ehtimal olunur ki, Zakir Qaralovu Rüstəm Usubov əvəzləyə bilər. Rüstəm Usubov 35 ildir ki, prokurorluq orqanlarında çalışır. 2005-ci ildən Baş prokurorun birinci müavini postunu tutur. Kifayət qədər peşəkar kadr hesab edilir.

Azərbaycanda Baş prokuror hər 5 ildən bir Milli Məclisin razılığı ilə Prezident tərəfindən təyin olunur.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930