atatv.az
atatv.az

Müvəqqəti qeydiyyatı olan şəxslər icbari tibbi sığortadan belə yararlana bilər

20-02-2020, 12:49

Müvəqqəti qeydiyyatı olan şəxslər icbari tibbi sığortadan belə yararlana bilər

“Vətəndaşlar yaşadıqları ərazi üzrə Daxili İşlər Nazirliyində müvəqqəti qeydiyyata düşdüyü təqdirdə, müştərək müqavilə olmadan müayinələrdən keçə bilərlər”.

Oxu.Az xəbər verir ki, bu sözləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev bu gün keçirilən mətbuat konfransında deyib.

Z.Əliyev bildirib ki, regionlarda qeydiyyatda olan vətəndaşlar yaşadıqları ərazi üzrə tibb müəssisələrinə müraciət edə bilər:

“Məsələn, Bakıda yaşayan hər hansı bir rayon sakini Daxili İşlər Nazirliyində hazırda müvəqqəti yaşadığı ünvan üzrə qeydiyyatdan keçmək üçün müraciət etməlidir. Qeydiyyatdan keçdiyi təqdirdə əraziyə uyğun olaraq, tibb müəssisələrinə müraciət edə bilər.

Bu proses kifayət qədər qəlizdir. Lakin biz bunun izahını kütləvi informasiya vasitələri vasitəsilə vətəndaşlara çatdırırıq. Həmin şəxs arayışı bizə gətirir və ona əsasən məlumatları sistemə qeyd olunur. Bundan sonra müştərək müqavilə olmadan xidmətlərdən istifadə edir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930