atatv.az
atatv.az

Zərdabda örüş sahələri zəpt olunan sakinlərin etiraz aksiyası - İcra hakimiyyəti SUSUR...

21-02-2020, 13:07

Zərdabda örüş sahələri zəpt olunan sakinlərin etiraz aksiyası - İcra hakimiyyəti SUSUR...



Zərdab rayonunun Çallı kəndində örüş sahələri əllərindən alınan kənd sakinləri fevralın 20-də etiraz aksiyası keçirərək, magistral yolu bağlayıblar.

Redaktor.az bildirir ki, hadisə yerinə gələn polislərlə sakinlər arasında qarşıdurma yaşanıb, bir neçə nəfər saxlanılıb. Daha sonra sərbəst buraxılıblar. Sakinlərləgörüşən rayonun icra başçısı Mərdan Camalzadə onlarla danışıqlar aparıb.

Məsələ ilə bağlı Zərdab Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Telefona cavab verən şəxs bildirdi ki, bu barədə heç nə deyə bilməz:

“Başqa bir nömrə tapın, onunla danışın. Bu barədə nə deyim?! Heç nə deyə bilmərəm. Deyəsən problem həll olunub".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930