atatv.az
atatv.az

Savadsız Baş nazir gülünc vəziyyətə düşdü

21-02-2020, 18:08

Savadsız Baş nazir gülünc vəziyyətə düşdü

Hər kəsə bəllidir ki, bu ilin 15 fevralında Almaniyanın Münhen şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirildi. Onu da bildirək ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş belə bir görüşün moderatoru​ ABŞ-Rusiya Fondunun prezidenti Selesta Uollander olur və panel müzakirələr təqribən bir saata yaxın davam edir.​ Keçirilən görüş çərçivəsində Azərbaycan Respublikasının Prezidenti bir daha bildirdi ki, Ermənistan Azərbaycan ərazisinin 20 faiz torpaqlarını işğal etməsinə, işğal olunmuş torpaqlarda mülki azərbaycanlılara qarşı etnik təmizləmələr həyata keçirməsinə, həmçinin Xocalı ​ soyqırımını törətməsinə baxmayaraq, Dağlıq Qarabağ əraziləri Azərbaycana məxsusdur və bizim ölkənin ərazi bütövlüyü bütün beynəlxalq ictimaiyyət tərəfindən tanınır. Ermənilər işğal olunmuş torpaqlarımızı ələ keçirdikdən və həmin ərazilərdə azərbaycanlıları etnik təmizləmələrə məruz qoyduqdan sonra, onlar mədəni irsimizin məhv edilməsi yöndə də addım atdılar. Baxmayaraq ki, Ermənistanın Dağlıq Qarabağda heç bir tarixi irsi yoxdur.
Savadsız Baş nazir gülünc vəziyyətə düşdü

Cənab İlham Əliyev çıxışı zamanı onu da qeyd edir ki, Ermənistanın bütün liderləri indiyə kimi mövcud status-kvonu müxtəlif yollarla saxlamağa çalışıblar. Bu gün işğal olunmuş torpaqlardakı silahlı qüvvələrin 80 faizindən çoxu Ermənistanın silahlı qüvvələridir və onlar hesab edirlər ki, ələ keçirdikləri torpaqlarımızı həmişəlik özlərində saxlaya biləcəklər. Bu heç də belə olmayacaq. Azərbaycan Respublikasının Prezidenti keçirilən görüş çərçivəsində onu da vurğulayır ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistana izah etməlidirlər ki, Dağlıq Qarabağ​ Ermənistan deyil və bugünə kimi Dağlıq Qarabağı dünyanın heç bir ölkəsi tanımayıb. Ermənistanın baş naziri​ BMT Təhlükəsizlik Şurasının qətnamələrinin əsl mənasını uğursuz şərh edir və o,​ Təhlükəsizlik Şurasının çıxarmış olduğu qətnamələrdə Ermənistan qoşunlarının işğal olunmuş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğunu da unudur. Keçirilən görüş çərçivəsində Azərbaycan Prezidentinin tarixi faktlara əsaslanaraq etdiyi bu cür çıxışlar Nikol Paşinyanın növbəti dəfə susdurulmasına və işğalçı ölkə rəhbərinin geniş auditoriya qarşısında çıxılmaz vəziyyətə düşməsinə səbəb oldu. Birsözlə, Ermənistanın baş nazirinin​ heç bir əsası olmayan, real faktlara söykənməyən çıxışları, onun “mat vəziyyət”ə düşməsi ilə nəticələndi. Adicə bir məqama da diqqət yetirək ki, təkbətək keçirilən görüş zamanı çəkilmiş foto-şəkillərdən də görünür ki, geniş auditoriya qarşısında çıxılmaz vəziyyətə düşən Nikol Paşinyan, Azərbaycan Prezidentinin sifətinə düz baxa bilmir. Bu da onu söyləməyə əsas verir ki, cənab İlham Əliyevin Ermənistanın baş nazirinə “keçdiyi tarixi dərs”, onun öz ölkəsində reytinqinin sıfır həddinə düşməsinə səbəb oldu. Bəli, çox keçmədi ki, bu belə də oldu. Çünki, Ermənistanın bəzi media qurumlarında Nikol Paşinyan savadsızlıqda ittiham olundu, hətta onu kütbeyin adlandıranlar da tapıldı. Bütün bunlar da onu söyləməyə əsas verir ki, 1990-cı ili əvvəllərində himayədarlarının dəstəyi sayəsində 20 faiz torpaqlarımızı ələ keçirən, 1 milyondan çox soydaşlarımızı dədə-baba torpaqlarından didərgin salan işğalçı dövlət və onun siyasi rəhbərliyi, gectez Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və təkmil ordumuzun qarşısında duruş gətirə bilməyəcəklər. Adicə bir faktı qeyd edək ki, Münhendə keçirilən görüş zamanı cənab İlham Əliyevin faktlara əsaslanan çıxışı zamanı auditoriya qarşısında çıxılmaz vəziyyətə düşən Ermənistanın baş naziri, məhz öz savadsızlığı və hazırlıqsızlığı ilə nəyə qabil olduqlarını ortaya qoydu. Bu da o deməkdir ki, düşmən tərəfi gectez Azərbaycanın qarşısında boyun əyməli olacaq. Münhen görüşü bir daha sübut etdi ki, hər kəsə öz dilində cavab verməyi bacaran, ölkəmizin ildənilə çiçəklənməsində yorulmadan çalışan, Ermənistanın baş nazirini dürüst cavabları ilə yerində oruzduran cənab İlham Əliyev, xalqımızın-dövlətimizin maraqlarının lazımınca müdafiə olunmasında vargücü ilə çalışan ölkə rəhbəridir.
​ ​ Bəli, həm bir KİV nümayəndəsi, həm də AtaTv.az, AtaMedia.az və İxaTv.az xəbər portallarının rəhbəri olaraq, cənab Prezidentin bu cür cəsatətli addımlarını olduqca alqışladım və baş verənləri qələmə almağı, sanki özüm üçün borc bildim. İndi başa düşürəm ki, dünyada baş verən münaqişələr, qolbal proseslər hansısa maraqlar çərçivəsində yaradılır və bəzən də böyük dövlətlərin müdaxiləsi əsasında nizamlanır. Artıq 30 ilə yaxındır ki, bizim də Dağlıq Qarabağ problemimiz var. Əgər belə bir problemin həllinə “kənar əllər”in müdaxiləsi olmazsa, o halda biz itirilmiş torpaqlarımızı qısa zaman kəsiyində geri qaytara bilərik.​ Ümidvaram ki, çox yaxın vaxtlarda biz belə bir problemin həllinə cənab Prezidentin rəhbərliyi altında nail olacağıq.
​ ​ Çünki, bu gün Azərbaycanda xalq-iqtidar birliyi mövcuddur və tam əksəriyyət ölkə rəhbərinin həyata keçirdiyi müdrik siyasəti dəstəkləyir. Hal-hazırda xalqımızın birliyini daha da möhkəmləndirmək, bəzi dar dürüşüncəli, qaragüruhçu qüvvələri zəzsizləşdirmək üçün, ağsaqqalları dəvət edib onlarla məsləhətləşmək daha yaxşı hal olar. Yəqin ki, bu yöndə atılan addımlar həm birliyimizin möhkəmlənməsinə, həm də itirilmiş torpaqlarımızın geri qaytarılmasına imkanlar açar. Bəzi nankor məmurların özlərini və yaxınlarını düşünmələri səbəbindən, onlar bu gün xalqımıza məxsus var-dövləti talamaqla məşğul olurlar. Zaman gələcək, onlar tutduqları əməllərə görə cavab verməli olacaqlar və hər kəsdə bunun şahidi olacaq. Vaxtilə mərhum Məmmədbağir Bağırzadənin oxuduğu “Kimlərə qaldı dünya” mahnısında qeyd olunduğu kimi, bu dünya heç kimə qalmayacaq. Buna baxmayaraq, bu gün bir kimsə öz səhfini etiraf etmək istəyində deyil. Onu da unutmayaq ki, bizim xalqın gözəl xüsusiyyətlərindən biri də, etiraf etməyi bacarmasıdır. Odur ki, o böyük Allah-Təala bütövlükdə xalqımızı- dövlətimizi qorusun!. Amin...


Rasafil Bayramov
AtaTv.az, AtaMedia.az və İxaTv.az xəbər ​portallarının rəhbəri

Savadsız Baş nazir gülünc vəziyyətə düşdü






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930