atatv.az
atatv.az

Ukraynanın keçmiş nazirinin evində sirli ölümlə bağlı təfərrüat

24-02-2020, 09:47

Ukraynanın keçmiş nazirinin evində sirli ölümlə bağlı təfərrüat

İntihar etdiyi iddia edilən biznesmen Sergey Staritskinin ölümündə Ukraynanın sabiq Xarici işlər naziri Leonid Kojaranın əli ola bilər.

Bu barədə “Obozrevatel” öz mənbəsinə istinadla xəbər yayıb.

Bildirilir ki, bir sıra əlamətlər Kojaranın qətldə iştirakından xəbər verir. Staritskinin üzündə silahı özünə doğruldan şəxsə məxsus ifadə olmayıb. Bundan başqa, tapança ölən şəxsin əlində olub, halbuki cəsəd yerə yıxılanda silah da yerə düşməli idi.

Mənbə ehtimal edib ki, ev sahibi bilərəkdən, ya bilməyərəkdən öz qonağını vurub, sonra baş verənlərdən qorxuya düşərək tapançanı onun əlinə qoyaraq şübhələri özündən kənarlaşdırmaq istəyib.

Sabiq nazirin öz evinin həyətində dəfələrlə silahdan atəş açdığını görənlər var.

Qeyd edək ki, fevralın 22-də Serqey Staritskinin Leonid Kojaranın evində öldüyü barədə xəbər yayılıb. Əvvəlcə onun ölümü intihar kimi qiymətləndirilsə də, sonradan istintaqın əldə etdiyi bəzi dəlillər onun özünü öldürmədiyi ehtimalını irəli sürməyə əsas verib.

Staritski “Atlantic Group” kommunikasiya holdinq şirkətinin baş direktoru olub. Bundan əvvəl o, Ukrayna Dövlət Televiziya və Radio Şirkətinin beynəlxalq əlaqələr departamentinə rəhbərlik edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930