atatv.az
atatv.az

KORONAVİRUS: Bakı polisi hər yerdə o səsi yayan qadını axtarır - FOTO

24-02-2020, 13:39

KORONAVİRUS: Bakı polisi hər yerdə o səsi yayan qadını axtarır - FOTO

Sosial şəbəkələrdə Azərbaycanda koronavirusa yoluxmuş insanların Bakıdakı Mərkəzi Klinik Xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayan şəxsin kimliyi hələ ki, araşdırılır.

Redaktor.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, səsi yayanların kimliyinin araşdırılması ilə bağlı tədbirlər davam etdirilir, nəticə olanda ictimaiyyətə məlumat veriləcək: “Bu məsələ ilə bağlı bütün dövlət qurumları tərəfindən tədbirlər aparılır. Əhali arasında çaşqınlıq yaradan, vahimə yaratmaq istəyənlərlə bağlı lazımi tədbirlər aparılır. Səsi yayanların kimliyini tapmaq mümkündür və bununla bağlı işlər aparılır. Əhalinin narahatlığına heç bir əsas yoxdur”.

E.Zahidov səsi yayan şəxsin tapılması və ona xəbərdarlıq edilməsi ilə bağlı mətbuatda xəbərlərin getməsinə də münasibət bildirib: “Bizim tərəfimizdən səsi yayanın saxlanılması halı olmayıb. Bəlkə başqa qurumlar tərəfindən müəyyən olunub”. //Lent.az

KORONAVİRUS: Bakı polisi hər yerdə o səsi yayan qadını axtarır - FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031