atatv.az
atatv.az

Rayan Giggz Qurban Qurbanovla görüşdü - Yenilənib

24-02-2020, 15:28

Rayan Giggz Qurban Qurbanovla görüşdü - Yenilənib



Bakıda səfərdə olan Uels millisinin baş məşqşisi Rayan Giggz bu gün Tofiq Bəhramov adına Respublika stadionu və “Azərsun Arena”da olub.

Qol.az-ın xəbərinə görə, o, hər iki arena ilə yaxından tanış olub. Giggz ziyarət zamanı “Qarabağ”ın baş meneceri Asif Əsgərovla görüşüb. Ona Ağdam klubunun 11 nömrəli forması hədiyyə olunub.

Giggiz "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovla da görüşüb və qısa fikir mübadiləsi aparıb.

Qeyd edək ki, Giggiz Avro-2020-nin A qrupunda Türkiyə və İsveçrə millilərinə qarşı Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarla əlaqədar Azərbaycana gəlib. Onun başçılıq etdiyi nümayəndə heyəti otellərə və stadionlara baxış keçirəcək, infrastrukturla tanış olacaqlar.

O, səfər zamanı AFFA-nın baş katibi Elxan Məmmədovla da görüşüb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Mart 2020    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031