atatv.az
atatv.az

Türkiyə ordusu böyük itki verib

24-02-2020, 21:48

Türkiyə ordusu böyük itki verib

Rusiya hərbi təyyarələrinin hücumu Türkiyə ordusuna baha başa gəlib. Qardaş ölkənin ən azı 10 əsgəri həyatını itirib.

Bizimyol.info xəbər verir ki, "RİA Novosti” 13 nəfərin öldürülməsini iddia edir. Suriya döyüşlərini yaxından izləyən jurnalist və hərbi analitik Babək Taqvey "Twitter” hesabında bu haqda yazıb. O, azı 12 nəfərin oldürüldüyünü, amma bunların hamısının türk əsgəri olmadığını qeyd edib. Onun yazdığına görə, ölənlərin arasında terrorçular da var.
İtkiyə baxmayaraq, Türkiyə ordusu İdlib əməliyyatlarını davam etdirir. Rusiya mətbuatı türkiyəlilərin Suriya müxalifət qüvvələri ilə birlikdə Nayrab şəhərinə hücumundan yazır.
Bu gün Rusiya hərbi təyyarələri ümumilikdə 18 nöqtəyə zərbə endirib. Şimal ölkəsinin xarici işlər naziri Sergey Lavrov əməliyyata haqq qazındırıb. O, Türkiyə ilə razılaşmanı pozmadıqlarını bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930