atatv.az
atatv.az

KİV: "Ərdoğan və İlham Əliyev koronavirusla bağlı müzakirə aparacaq"

25-02-2020, 11:47

KİV: "Ərdoğan və İlham Əliyev koronavirusla bağlı müzakirə aparacaq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya bir günlük səfəri çərçivəsində prezidentin iqamətgahında İlham Əliyevlə təkbətək və heyətlərin iştirakı ilə görüşləri nəzərdə tutulub.

Bu barədə "Hürriyet” məlumat yayıb.

Görüş zamanı başda Suriya məsələsi və İdlib böhranı olmaqla, ortaq enerji layihələri, Çində ortaya çıxan koronavirusun ticarətə təsirləri müzakirə olunacaq. Liderlərin həmsədrliyi ilə keçiriləcək Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Tərəfdaşlıq Şurasının iclasında ölkələr arasında ilk dəfə preferensial ticarət haqqında anlaşma imzalanacaq.

Toplantı çərçivəsində imzalanacaq müqavilələrlə Türkiyə və Azərbaycan arasındakı ticarət dövriyyəsinin həcminin 2023-cü ilə qədər 15 milyard dollara çatdırılması nəzərdə tutulur.

Ərdoğanın toplantıda həm türkiyəli, həm də azərbaycanlı iş adamlarına qarşılıqlı investisiyaların artırılması ilə bağlı çağırış edəcəyi gözlənilir. (Oxu.az)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930