atatv.az
atatv.az

Ruslar bombaladı, amma Türkiyə ordusu geri çəkilmədi

25-02-2020, 19:12

Ruslar bombaladı, amma Türkiyə ordusu geri çəkilmədi

Bir neçə gündür Rusiya silahlı qüvvələrinin hava hücumları Türkiyə ordusuna böyük zərbə vurur. Ardıcıl iki böyük hücum zamanı türkiyəlilərin 16 əsgərini itirdiyi bildirilir.

Bizimyol.info xəbər verir ki, Rusiya hərbi təyyarələrinin növbəti həmləsi effekt verməyib. Türkiyə ordusu geri çəkilməyib. Qardaş ölkənin əsgərləri Suriyanın Nayrab şəhərindəki mövqelərini əldən verməyib.
Rusiya mətbuatı şimal ölkəsi ordusunun həmlələrindən açıq-aşkar yazır. Yazılanlara görə, hücumlar gecə saatlarında başlayıb. Təkcə Nayrabda Türkiyə ordusu və Suriya müxalifətinin mövqelərinə 87 zərbə endirilib. Bundan başqa, Latakiya və Hama əyalətlərində də hücumlar olub. Türkiyə ordusu həm zərbələrə sinə gərib, həm də cavab baxımından borclu qalmayıb. Reaktiv artilleriyanın köməyi ilə hökumət qüvvələrinə çoxsaylı zərbələr endirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930