atatv.az
atatv.az

CİNAYƏT CƏZASIZ QALMIR

26-02-2020, 10:04

CİNAYƏT CƏZASIZ QALMIR

Son aylar deyərdim ki, hər sahədə bu qədər informasiya bolluğunu eşidib - oxuduqca yazmaq ruhu məndə daha da artır.
Necə olur ki, şəhər statusu almış bir çox rayonlarımızın başçıları hər cəhdlə öz bizneslərini artıraraq əndazədən çıxıblar. Cilidlənərək özlərini Cənab Prezidentimiz və Azərbaycanın Birinci vitse prezidenti Mehriban xanım Əliyevaya mələk kimi gösrərirlər.Saxtakarlıqla onların etibarlarını qazanmaqla işlərini həyata keçirməklə məşquldurlar.
Guya bunlardan təmiz və əqidəli adam yox imiş kimi hərəkət edirlər.
Əslində bu xəyanətkarlar Xalqla Prezident arasında uçurum yaratmaqla məşğuldurlarÖz işlərini bir neçə illər ( yəni eləsi var 25 il ) həyata keçirə biliblər. Cənab Prezidentimiz İlham Əliyevin çox vacib və vaxtında verilmiş bir sərəncamı ounların iç üzlərinin açmasına rəvac verdi.
Bizi də yaddan çıxarmayan prezidendimiz mətbuatın əsl dostu olduğunu da sübuta yetirdi. Allah qorusun.
Həmişə mənimlə bir çox insanlar ümidlərini üzmüş kimi , küskün kimi davranışları ilə məni də üzürdülər. Mən həmişə təsəlli verərək deyirdim; - "haqq nazilər, üzülməz! "
Baxın, zaman artıq yetişib. Xalqın ümidini qırmaq, öldürmək kimi bir işdir. Son vaxtlardakı həbslər , bu quldurların xalqımız qarşısında ifşası idi. Brlə saxtakarların ifşası Azərbaycan xalqına stimul verir. Bəli, insanları boğaza yığan quldur məmurlar təmizlənərsə hər şey daha yaxşı olar. Göy kosanın tilsimi kimi hər bir tilsim qırılar. Yurdumuz laləlzara dönər. Mən də ictimai xəbər agentliyinin rəhbəri olaraq, sevinclə öz işimi, yazılarımı prablemlərin həllinə istiqamətləndirib rahat nəfəs ala-ala yaşayaram.

İctimai xəbər agetliyinin rəhbəri. Rasafil BAYRAMOV.
CİNAYƏT CƏZASIZ QALMIR






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930