atatv.az
atatv.az

“Azəriqaz”: "Səlahiyyətlərini aşan heç kim bağışlanılmayacaq"

26-02-2020, 18:40

“Azəriqaz”: "Səlahiyyətlərini aşan heç kim bağışlanılmayacaq"

"Azəriqaz” İstehsalat Birliyində struktur islahatlarının aparılmasının əsas səbəbi abonentlərin məmnuniyyətinin təmin olunmasıdır.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinin Mətbuat xidmətinin rəhbəri Ceyhun Səfərov Müsavat TV-yə açıqlamasında bildirib.

O vurğulayıb ki, "Azəriqaz”ın baş direktoru Ruslan Əliyevin də kollegiya iclaslarında qoyduğu əsas tələblər yerlərdə abonent məmnunluğunun təmin olunması və işçilərin vəzifə səlahiyyətlərini aşmaması ilə bağlı olub: "Baş direktor həmişə qeyd edib ki, işçilər səlahiyyətləri daxilində vəzifələrinin icrasının məsuliyyətini dərk etməlidir. Bununla bağlı nəticə çıxarmayan insanlar vəzifəsindən azad olunacaq”.
O, vəzifə səlahiyətlərini aşan, vətəndaşı aldadan bir neçə işçinin işdən azad olunduğunu xatırladıb: "Bu işçilər barədə məlumat daxil olan kimi baş direktor dərhal reaksiya verdi. O bildirdi ki, belə insanlar bizim sıralarımızda ola bilməz, bu nöqsanlar bağışlanılmayacaq. Bundan sonra da vəzifə səlahiyyətlərini aşmaq heç kimə bağışlanılmayacaq. Hər kəs öz işlədiyi yerdəki işgüzar mühitin səmərəliliyini artırmağa çalışmalıdır. Yeni tələblərə, yeni çağırışlara cavab verilməlidir”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930