atatv.az
atatv.az

Göyçayda güclü yanğın oldu

26-02-2020, 22:36

Göyçayda güclü yanğın oldu


Göyçay rayonunda yanğın hadisəsi baş verib.

Redaktor.az bildirir ki hadisə bu gün saat 18:30 radələrində Göyçayın Kürdəmiş kəndində qeydə alınıb.

Kənd sakini Şakir Əliyevə məxsus ümumi sahəsi 195 kvadratmetr olan 6 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin 5 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ev və içərisindəki əşyalar tamamilə yanaraq yararsız hala düşüb. Evə birləşik çardaq da yanıb. Yanğınsöndürənlər alovun yaxınlıqdakı başqa tikililərə keçməsinin qarşısını alıblar, alov söndürülüb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hadisə zamanı xəsarət alan olmayıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930