atatv.az
atatv.az

ŞAİRLƏR HƏMİŞƏYAŞAR İNSANLARDIRLAR !

27-02-2020, 08:39

ŞAİRLƏR HƏMİŞƏYAŞAR İNSANLARDIRLAR ! Bu günlərdə Sabunçu rayonunda yerləşən Bakı Gənclər Mərkəzində " üç kəlam sahibi, üç söz aşiqi" adlı ədəbi - bədii məclis keçirilmişdir. Məclisdə yaradıcılıqları ilə daim xalqın qəlbində yaşayan üç yazarlarımızın xatirələri yad olunudu.
Həkim Qəni, Əli Fəhmi və Mirzə Cavad..
Həkim Qəni 16 fevral 1918 ci ildə Bakı şəhərində dünyaya göz açıb.Ali təhsilini Tibb İnstitutunda almışdır. ( 1936 - 1941 ) İkinci Dünya Müharibəsinin iştirakçısı olmuş, müharibədə hərbi həkim kimi fəaliyyət göstərmişdir. ( 1941 - 1945 )
1967 - ci ildə ordudan tərxis olunduqdan sonra Mirqasımov adına Mərkəzi Xəstəxananın nevrotologiya şöbəsində rəhbərlik edib. Uzun illər Azərbaycanın baş nevropotoloqu olub.
Şair Əlağa Vahidin şəxsi həkimi və yaxın dostu olmuşdu.
1990 cı ildən " Vahid " ədəbi şairlər məclisinə rəhbərlik etmişdir.
Poeziya aləmində özümü xoşbəxt sayıram ki, mən də həmin məclisin üzvü olmuşam.
Xatırladıram ki, Əliağa Vahid də fevral ayında dünyaya göz açıb.
Həkim Qəni 10 iyun 2008 ci ildə Bakı şəhərində ürək çatışmazlığından vəfat etmiş və öz vəziyyətinə uyğun olaraq Yasamal qəbiristanlığında dəfn olunmuşdur.
Dərnək rəhbərim olduğu üçün özümə borc bildim ki, Həkim Qəni haqqında geniş məlumat yazım.
O ilk şerlərini 30 - cu illərdə yazmışdı.Qəni müəllim Məhəmməd Füzulinin 120 qəzəlinə təxmis yazmış, yüzdən çox qəzəlni rus dilinə tərcümə etmişdi.
Onun 12 - dən çox kitabı nəşr olunmuşdur.
Əli Fəhmi 17 fevral 1919 - cu ildə Bakının Sabunçu rayonunda anadan olmuş və 13 mart 1975 - ci ildə 56 yaşında vəfat etmişdir. O yaradıcılığı ilə yanaşı həm də tərcüməçi kimi fəaliyyət göstərmişdir.
Mirzə Cavadın da bir şair kimi xalqımız üçün yadigar qoyub geydiyi danılmaz yaradıcılıq nümunələri dillər əzbəri olmuşdur.
Tədbirin təşkilatçısı Hacı İntiqam illərdir ki, şair - yazıçıların,muğam ustadlarının xatirələrini əziz tutaraq belə ədəbi - bədii tədbirlərə təşkilatçılıq edib. O, şəxsi evində keçirdiyi məclislərdə də dəfələrlə iştirak etmişəm.
Bu tədbirdə ziyalılar, el ağsaqqalları, şairlər, yazıçılar, musiqiçilər, səbəbkarların ailə üzvləri və məktəblilər də iştirak edirdilər.
Tədbirin ssenari müəllifi Gülarə Munis hər üç şəxs haqqında geniş məlumat verdi.
Musiqi sədaları altında tədbir öz axarı ilə çox maraqlı keçdi. Məqsəd hamıya aydın olduğu üçün burada çıxış edənlərin hamısı bu üç şəxs haqqında xatirələrini və onların yaradıcılıqlaından danışırdılar.
Ardıcıl olaraq çıxışçıları təqdim edirəm:
1.Tədqiqatçı alim,axund Hacı Soltan Əlizadə
2. Tarix elmləri doktoru, professor, Şərqşünas, şair, " Məcməüşşüara " ədəbi məclisinin sədri Şahin Fazil
3. Türkiyənin Azərbaycanda olan səfirliyinin Mədəniyyət və təbliğat işləri üzrə müşaviri Doktor İrfan Çiftçi bəy
4. " Vahid " ədəbi məclisinin sədri Hacı Rafiq Şirvanlı
5. Azərbaycan Dövlət Radiosunun əməkdaşı Ötərxan Eltac
6. Professor Lalə xanım Əlizadə
7. Professor Təvəkkül Səlimov
8. Filologiya üzrə fəlsəfə doktoru Tahir Şirvanlı
9. Şair - jurnalist Abil İslam
10. Milli mədəniyyət mərkəzinin sədri Arif Mədətov
11.Əməkdar artist Təyyar Bayramov
12. Milli Konservatoriyanın müəllimi Nizami Əsgərov və s.
Bakı məktəbliləri də tamaşaçılar qarşısında öz istedadlarını nümayiş etdirmişlər.
Sonda Həkim Qəninin oğlu - Cavid Qəni çox dolğun çıxış etdi.
Bir tamaşaçı kimi mənimlə yanaşı oturan Qafqaz Müsəlmanları idarəsi, Abşeron - Sumqayıt,Xızı bölgə qazisi, səlahiyyətli nümayəndə, Sumqayıt " Cümə " məscidinin axundu, imam Hacı Rauf Sərdar oğlunun tədbir haqqında fikirlərini soruşdum.
Cavabından hiss etdim ki o , ədiblərimizi və poeziyamızı da çox sevir. Və imkan düşdükcə belə tədbirlərdə çox məmnunluqla iştirak edir.
Son çıxış üçün söz tədbirin təşkilatçısı Hacı İntiqam Atayevə verildi. O da öz növbəsində tədbirin keçirilməsi üçün yaratdıqları şəraitə görə Gənclər Mərkəzinin rəhbərliyinə, aparıcı şairə Gülarə Munisə, təşkilati məsələlərdə mənəvi dəstəyinə görə " LEYLA " MMC şirkətinin prezidenti Oktay Quliyevə, təmənnasız çəkilişinə görə rejissor Etibar Əliyevə, İctimai Xəbər Agentliyinin rəhbəri Radafil Bayramova və iştirakçılara şəxsi minnətdarlığını bildirdi .

Rəsafil BAYRAMOV
"AtaTv.az" xəbər portalının rəhbəri

ABİL İSLAM
"AtaTv.az"- nin xəbər portalının direktoru

Fotoların müəllifi Abil İslam və Etibar Əliyevdir



ŞAİRLƏR HƏMİŞƏYAŞAR İNSANLARDIRLAR !
ŞAİRLƏR HƏMİŞƏYAŞAR İNSANLARDIRLAR !
ŞAİRLƏR HƏMİŞƏYAŞAR İNSANLARDIRLAR !
ŞAİRLƏR HƏMİŞƏYAŞAR İNSANLARDIRLAR !
ŞAİRLƏR HƏMİŞƏYAŞAR İNSANLARDIRLAR !
ŞAİRLƏR HƏMİŞƏYAŞAR İNSANLARDIRLAR !
ŞAİRLƏR HƏMİŞƏYAŞAR İNSANLARDIRLAR !
ŞAİRLƏR HƏMİŞƏYAŞAR İNSANLARDIRLAR !
ŞAİRLƏR HƏMİŞƏYAŞAR İNSANLARDIRLAR !
ŞAİRLƏR HƏMİŞƏYAŞAR İNSANLARDIRLAR !
ŞAİRLƏR HƏMİŞƏYAŞAR İNSANLARDIRLAR !
ŞAİRLƏR HƏMİŞƏYAŞAR İNSANLARDIRLAR !
ŞAİRLƏR HƏMİŞƏYAŞAR İNSANLARDIRLAR !
ŞAİRLƏR HƏMİŞƏYAŞAR İNSANLARDIRLAR !
ŞAİRLƏR HƏMİŞƏYAŞAR İNSANLARDIRLAR !
ŞAİRLƏR HƏMİŞƏYAŞAR İNSANLARDIRLAR !
ŞAİRLƏR HƏMİŞƏYAŞAR İNSANLARDIRLAR !
ŞAİRLƏR HƏMİŞƏYAŞAR İNSANLARDIRLAR !
ŞAİRLƏR HƏMİŞƏYAŞAR İNSANLARDIRLAR !






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930