atatv.az
atatv.az

Türkiyə ordusu Qarabağda hərbi əməliyyatlara hazırlaşır? - Ərdoğanın Bakı səfəri...

27-02-2020, 13:20

Türkiyə ordusu Qarabağda hərbi əməliyyatlara hazırlaşır? - Ərdoğanın Bakı səfəri...

“Rusiya və Türkiyə arasında gərginlik varkən, Ərdoğanın Bakıya səfər etməsi Türkiyənin Qafqazda öz varlığını davam etdirməsi baxımından olduqca əhəmiyyətlidir”.

Bu sözləri Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Nazim Cəfərsoy deyib. O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri əvvəlcədən gözlənilən və planlaşdırılan səfər idi. Lakin zamanlama olduqca əhəmiyyətli idi. Çünki, Azərbaycan və Türkiyə arasında hərtərəfli əlaqələr güclü şəkildə inkişaf edir. Hər iki ölkənin rəsmiləri Ankara-Bakı olmaq üzrə, bu cür görüşləri intensiv şəkildə həyata keçirirlər:

“Rusiyanın son dövrlər Qafqazda təsirini artırması ilə bağlı müəyyən cəhdləri var. Bu cəhdləri tarazlamaq baxımından bizim üçün Türkiyənin Azərbaycanda öz maraqlarını qoruması və daha da gücləndirməsi önəmlidir. Bu görüşdə imzalanan müəyyən anlaşmalar, xüsusən də hərbi sənaye sahəsində əməkdaşlığın gücləndirilməsi, ticarət dövriyyəsinin 15 milyard dollara çıxarılması iki ölkə arasındakı mübasibətlərin daha da dərinləşməsinə gətirib çıxaracaq”.

Nazim Cəfərsoy həmçinin qeyd edib ki, Azərbaycan, Rusiya və Türkiyənin xarici siyasəti Qafqazda Suriyadakına bənzər bir qarşıdurmanı istisna edir:

“Hər iki tərəfin Azərbaycana yönəlik xüsusi maraqları var. Azərbaycan müxtəlif ölkələrin maraqlarının ziddiyət nöqtəsi deyil. Azərbaycan dövləti uzlaşma nöqtəsi olması gərəkdiyini bilir və bu istiqamətdə xarici siyasət aparmağa cəhd göstərir. Ona görə, Türkiyə və Rusiya münasibətləri bu prinsiplər çərçivəsində formalaşdırmağa çalışır. Bu ölkələr Qafqazdakı münasibətlərini nəzarət olunan rəqabət formasında həyata keçirməyə meyl edirlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930