atatv.az
atatv.az

Polis çay evində əməliyyat keçirdi - Video

27-02-2020, 21:02

Polis çay evində əməliyyat keçirdi - Video

Kürdəmir rayon sakinindən küllü miqdarda narkotik vasitə olan tiryək aşkar olunaraq götürülüb.

Report xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Rzayev Rüstəm Fərzi oğlu şübhəli şəxs qismində saxlanılıb.

Həmin şəxsin razılığı ilə onun icarəyə götürərək işlətdiyi Kürdəmir şəhəri, C.Cabbarlı küçəsində yerləşən “Arxın üstü” adlanan çay evində keçirilən axtarış zamanı 1 ədəd polietilen torbada təmiz çəkisi 24,87 qram çətənə bitkisinin toxumları, 1 ədəd siqaret bükümündə 0,80 qram qurudulmuş marixuana, 2 ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri 65,008 qram, 10,358 qram, ümumi təmiz çəkisi 75,366 qram narkotik vasitə olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930