atatv.az
atatv.az

Prezidentdən kommunal xidmətlərlə bağlı QƏRAR

28-02-2020, 13:04

Prezidentdən kommunal xidmətlərlə bağlı QƏRAR

Təbii qaz, su və elektrik enerjisi təchizatı qurumları tərəfindən texniki şərtlərin verilməsi ilə əlaqədar normativlər təkmilləşdiriləcək.

Anews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin dünən imzaladığı sərəncamla təsdiqlənən "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"da əksini tapıb.

Sənədə əsasən, bu il Nazirlər Kabineti, Energetika Nazirliyi, Ədliyyə Nazirliyi, "Azərenerji" Açıq Səhmdar Cəmiyyəti, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti, "Azərsu" Açıq Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən qanunvericilikdə təbii qaz, su və elektrik enerjisi təchizatı qurumları tərəfindən texniki şərtlərin verilməsi ilə əlaqədar normativlərin, eləcə də qüvvədə olan digər texniki norma və tələblərin müasir standartlara uyğunlaşdırılması, müvafiq infrastrukturun yenidən qurulmasına görə ödənişlərin hesablanması və müvafiq işlərin görülməsinin ümumi dəyərinin müəyyən edilməsi ilə bağlı müddəalar təkmilləşdirilməlidir. /APA






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930