atatv.az
atatv.az

Bacı və qardaşa ağır cinayət törədənlə bağlı – Yeni xəbər

29-02-2020, 11:37

Bacı və qardaşa ağır cinayət törədənlə bağlı – Yeni xəbər

Bakıda bacı və qardaşa ağır cinayət törədən Elmar Qırxlarovun barəsində yeni ittiham elan edilib.

Teleqraf.com-un xəbərinə görə, Binəqədi rayon Prokurorluğunda Elmar Qırxlarova qarşı Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Istintaq orqanı Elmar Qırxlarovun barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması üçün Binəqədi rayon Məhkəməsinə müraciət edib.

Hakim Fərid Əmirəliyevin sədrliyi ilə baş tutan qapalı iclasda istintaq orqanını təqdimatı təmin olunub.

Elmar Qırxlarovun barəsində seçilmiş həbs qətimkan tədbiri daha 2 aya qədər artırılıb.

Qeyd edək ki, ötən ilin dekabrında Elmar Qırxlarovun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

İttihama görə, ötən ilin dekabrın 7-də Bakı şəhər sakini Elmar Qırxlarov Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yaşayan keçmiş həyat yoldaşı, 1998-ci il təvəllüdlü Ayşən Qırxlarovanın evinə gəlib. O, keçmiş arvadına və onun qardaşı, 1994-cü il təvəllüdlü İlkin Məsimliyə ağır bıçaq xəsarətləri yetirib.

Hadisəni törədən şəxs oranı tərk edib, hər iki yaralı isə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün hər iki yaralının həyatını xilas etmək mümkün olub.

Bakı Şəhər Baş Polis İdarəsi və 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Elmar Qırxlarov saxlanılıb.

İstintaq zamanı cinayətin qısqanclıq zəminində törədildiyi müəyyən edilib.

Məlum olub ki, E.Qırxlarov A.Qırxlarovanın keçmiş əridir. Sonuncuonu tərk edərək, qardaşı ilə yaşayıb.

Qırxlarov keçmiş həyat yoldaşını geri qaytarmaq üçün İ.Mənsimlinin evinə gəlib, lakin müqavimət göstərən qadına bıçaqla hücum edib. Onun hadisəyə müdaxilə edən qardaşını da yaralayıb.

Qeyd edək ki, ilkin istintaq hərəkətləri zamanı Elmar Qırxlarovun barəsində Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılmışdı.

İstintaq hərəkətləri nəticəsində isə həmin ittiham Cinayət Məcəlləsinin 29,120.2.7-ci maddəsinə tövsif edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri Binəqədi rayon Prokurorluğunda davam edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930