atatv.az
atatv.az

Azərbaycanda daha 2 nəfərdə koronavirusa yoluxma aşkarlanıb - YENİLƏNİB

29-02-2020, 15:17



Azərbaycanda daha 2 nəfərdə koronavirusa yoluxma aşkarlanıb - YENİLƏNİB
Koronavirus aşkarlanan İrandan gələn Azərbaycan vətəndaşlarından biri 1973-cü il doğumludur. Həmin şəxs fevralın 26-da xəstəxanaya daxil olub. O, bir gün Tehranda, 3 gün isə Təbriz şəhərində olub.

Bu barədə Lent.az -a TƏBİB-dən bildirilib. Koronavirus aşkarlanan digər şəxs-1998-ci il təvəllüdlü vətəndaşımız Qum şəhərindən gəlib. O da fevralın 26-da xəstəxanaya daxil olub.

***

14:53

İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib.

Lent.az Nazirlər Kabinetinin mətbuat xidmətinə istinadən xəbər verir ki, müvafiq qaydalara uyğun olaraq həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb.

Hazırda pasiyentlərin müalicəsi aparılır, onların vəziyyəti sabitdir.

Digər yoluxma hallarının aşkarlanması ilə bağlı həmin xəstələrin kontaktlarının müəyyən edilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Azərbaycanda daha 2 nəfərdə koronavirusa yoluxma aşkarlanıb - YENİLƏNİB






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
XARİCİ SİYASƏT
ŞOU-BİZNES
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930